Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Koronavirusa yoluxan həkim intihar etdi

09:33  |    06 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Fransanın "Reyms" futbol klubunun həkimi Bernar Qonsales koronavirus üçün verdiyi analizlərinin nəticələrinin müsbət olduğunu bildikdən sonra intihar edib.

Trend-in məlumatına görə, bu barədə Le Parisien nəşri xəbər yayıb.

60 yaşlı B.Qonsales həyat yoldaşı ilə birlikdə özünütəcrid rejimində olublar. Bildirilir ki, onun həyat yoldaşı da koronavirusa yoluxub. Həkim intiharın səbəblərini yazdığı məktubda izah edib. Lakin Reyms şəhərinin meri Arno Robine məktubun məzmununu açıqlamaqdan imtina edib.

İtaliyanın Monza şəhərində martın 10-dan karantinə yerləşdirilən koronavirusa yoluxmuş 34 yaşlı tibb bacısının intihar etdiyi və intiharın səbəbi xəstəliyin başqalarına ötürülməsi qorxusu ilə əsaslandırıldığı bildirilirdi.

Fransada ümumilikdə 92 839 koronavirusa yoluxma halı qeydə alınıb. Xəstəlikdən 8 078 nəfər dünyasını dəyişib, ötən sutka ərzində ölənlərin sayı isə 518 olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Nikolun Əcəmoğluna uğursuz zəngi... - Darbinyan
30.05.2020
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi
30.05.2020
Koronavirusa qalib gələn ölkələr - SİYAHI
30.05.2020
Bu ölkə də məscidlərini ibadətə açır
30.05.2020
Çin koronavirusun yayılması ilə bağlı yeni ehtimal irəli sürdü - Bazardan yayılmayıb