Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Azərbaycanlı dizayner 1000 qeyri-adi maska hazırlayıb payladı - FOTO

15:00  |    05 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) Sosial iş komissiyasının rəhbəri, “Tərəqqi” medalının sahibi Gülnarə Xəlilova xüsusi pambıq parçadan uzunmüddətli istifadəyə yararlı unikal maskalar hazırlayıb.

Moderator.az-ın məlumatına görə, maskalar #evdəqal kampaniyası çərçivəsində və “Evdə qal və yarat” şüarı ilə hazırlanıb.

G.Xəlilova bildirib: “Hər bir yaradıcı insan koronavirusla mübarizəyə öz töhfəsini verə bilər. Mən uzunmüddətli istifadə üçün xüsusi pambıq parçadan maskalar düzəltmək qərarına gəldim. Bu maskaları istifadədən, müvafiq yuyulmadan və dezinfeksiyadan sonra dəfələrlə istifadə etmək mümkündür, onlar öz keyfiyyətlərini və qoruyucu funksiyasını itirmirlər. Təqribən min ədəd maskanın hazırlanması planlaşdırılıb. Bu gün Xalq artisti Tünzalə Ağayeva ilə birlikdə “Sevməli” sosial aksiyası çərçivəsində maskaların bir qismini ehtiyacı olan insanlara payladıq”.

Dizayner, həmçinin ölkədə koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq üçün hamını evdə qalmağa, hökumət və ÜST-ün tövsiyələrinə əməl etməyə çağırdı.

Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkətə məhdiyyətlər tətbiq edilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərar qəbul edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO