Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

22:01  |    04 Aprel 2020  |   E-mail  |  Çapa göndər


“Azərbaycanda internetin sürəti ilə bağlı sosial şəbəkələr və digər mənbələrdə müxtəlif fikirlər səslənir. Biz də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bunu ciddi şəkildə izləyirik.

“Report” xəbər verir ki, bunu “Real TV”-də yayımlanan “Real intervyu” verilişinə müsahibəsində nazir müavini Elmir Vəlizadə bildirib. Onun sözlərinə görə, nazirliyin zəng mərkəzi mövcuddur və istifadəçilər belə hallarla rastlaşdıqda Bakı şəhəri üzrə 155, rayonlar üzrə 1655 telefon nömrəsinə zəng edə bilərlər.

“Araşdırmalar göstərir ki, Bakı şəhərində internetlə bağlı şikayətlərin sayı günbəgün azalır. Müraciət olunan bütün problemləri nazirliyin əməkdaşları diqqətdə saxlayırlar. Hər bir müraciətə operativ reaksiya verilir, evlərə gedilir”.

E. Vəlizadə qeyd edib ki, evlərə gedən əməkdaşların hamısı fərdi qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə edirlər: “İstəmirik ki, bizim fəaliyyətimizdə müəyyən qədər problemlər yaransın. Onlar həm özlərini, həm də getdikləri ailələri qoruyurlar. Hər bir müraciət araşdırılır və çox operativ reaksiya göstərilir”.

Nazir müavini bildirib ki, ancaq vətəndaş bilməlidir ki, onların xüsusən sabit telefon xətləri və fiberoptik xətlərlə aldıqları tutum dəyişməyib: “Ancaq evlərdə istifadəçiləri sayı artıb. Ola bilər ki, bu səbəbdən sürətin azalmasını hiss etsinlər. Heç kim evdə qalaraq özünün internet sürətini və tutumunu artırmayıb, əksinə istifadəçi sayı artıb. Artım var və biz də bu artımı müşahidə edirik. Ancaq bu artım kritik həddə deyil. Ölkəmizin beynəlxalq internet tutumu çox böyük bir həcmdədir. Biz hazırda bu tutumun heç yarısını da istifadə etmirik. Bunun üçün də istifadəçilər bu internetdən öz tələbatları üçün rahat şəkildə istifadə edə bilərlər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayrıldı - Sərəncam
04.06.2020
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrıldı - Sərəncam
04.06.2020
Apteklər bağlı olacağı üçün dərmanları əvvəldən almaq lazımdır
04.06.2020
Dövlət Komitəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
04.06.2020
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb