Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

“Özlərini ölümün qucağına atmasınlar” - Baş epidemioloq

21:36  |    03 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Son zamanlar koronavirusa ölkədaxili yoluxma hallarında artım var. Bunun səbəbi tətbiq edilən qaydalara, daxili normalara riayət etməyən vətəndaşlardır.

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, bəzi vətəndaşlar virusa yoluxmayacağını düşünərək qaydalara əməl etmirlər.
"Onlar şaiyələrə uyurlar. Həmin vətəndaşlara demək istərdim ki, virus olmasaydı, dünyanın ən inkişaf etmiş ölkələrində, bütün qitələrdə xəstəlik yayılmazdı, karantin rejimi və qaydalar tətbiq edilməzdi", - deyən İ.Ağayev vurğulayıb ki, Azərbaycanda digər dövlətlərdən fərqli olaraq vaxtında qabaqlayıcı tədbirlər görülüb.

Baş epidemioloq bildirib ki, ölkəmizdə əks-epidemik tədbirlər davam etdirilir.

"Dövlət əhalinin sağlamlığının qayğısına qalır. Ölkəmizin infeksiya ilə mübarizə aparmaq gücü var. Vətəndaşlar da müvəqqəti və məcburi addımlara riayət etməklə infeksiyaya ilə mübarizəyə kömək edə bilərlər. Yalnız bundan sonra virusun yayılmasının qarşısının alınmasında müsbət nəticə əldə etmək olar".

İ.Ağayev vətəndaşlara müraciət edərək deyib ki, hökumətin tətbiq etdiyi karantin rejiminə ciddi riayət etsinlər. Vətəndaşlar özlərini bilərəkdən ölümün qucağına atmasınlar. Böyüklər özlərini qorusunlar, cavanlara, gənclərə küçəyə səbəbsiz çıxmamağı aşılasınlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Daşkəsənin bəzi kəndlərinə dolu düşüb - VİDEO
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub - Ölənlər var
30.05.2020
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
30.05.2020
“Tarqovı”dakı görüntülərlə bağlı təşkilatçıya qarşı cinayət işi açıldı
30.05.2020
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib