Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Gürcüstanda aclıq başlaya bilər - Mikautadze

21:11  |    03 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Gürcüstan hökuməti ölkənin buğda ununa olan tələbatını ödəmək üçün təcili olaraq yeni xarici bazar tapmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri “Gürcüstan üçün Lelo” siyasi birliyin liderlərindən biri Qiqi Mikautadze deyib.

Onun fikrincə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər.

Siyasətçinin sözlərinə görə, Gürcüstan ən çox Rusiyadan buğda alır. Rusiya da koronavirusa görə, buğda ixracını məhdudlaşdırmağı planlaşdırır.

“COVID-19 virusuna görə, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi buğda ixracını 7 milyon tonadək azaltmaq niyyətindədir. Gürcüstan 2019-cu ildə Rusiyadan 90 milyon ABŞ dolları dəyərində 430 min ton taxıl alıb. Bu da Gürcüstanın ümumi taxıl idxalının 87 faizini təşkil edib”, - deyə Q.Mikautadze vurğulayıb.

O deyib ki, koronavirusun yaratdığı problem ilk növbədə ərzaq təhlükəsizliyini irəli çəkib. Ona görə də, Gürcüstan hökuməti bu məsələyə xüsusi diqqət yetirməlidir.

Rəsmi statistikaya görə, son illər Gürcüstanda taxıl əkini son 10 ildə ən aşağı həddə düşüb. Sahələrdən toplanan taxıl ehtiyacların cəmi 15 faizini təşkil edir, məhsulun qalan 85 faizi isə xaricdən idxal olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Nikolun Əcəmoğluna uğursuz zəngi... - Darbinyan
30.05.2020
Rahib koronavirusun sona çatması üçün adamı tanrıya “qurban” kəsdi
30.05.2020
Koronavirusa qalib gələn ölkələr - SİYAHI
30.05.2020
Bu ölkə də məscidlərini ibadətə açır
30.05.2020
Çin koronavirusun yayılması ilə bağlı yeni ehtimal irəli sürdü - Bazardan yayılmayıb