Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Zibil atmağa gedərkən SMS-lə icazə alınmalıdır? - RƏSMİ AÇIQLAMA

17:39  |    03 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Daxili İşlər Nazirliyi vətəndaşların maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması haqda yayılan məlumatlara münasibət bildirib.

Qaziler.az xəbər verir ki, nazirlik rəsmisi Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur:

"Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur. Sadəcə polis əməkdaşları həmin şəxsləri saxlayıb tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur.

Tibbi maska taxmayanların cərimələnməməsi o demək deyil ki, vətəndaşlar tibbi maska taxmadan ictimai yerdə gəzə bilər.

Biz vətəndaşlardan tələb edirik və bildiririk ki, tibbi maska və əlcəkdən istifadə etmək mütləqdir. Hər kəs karantin rejiminin tələblərinə riayət etməlidir".

E. Zahidov qeyd edib ki, məişət tullantılarını atarkən icazə almaq lazım deyil:

"Evdən çıxmağa görə icazə ən yaxındakı marketə getməyə də aiddir və iki saat ərzində geri qayıtmalıdırlar. Amma zibil atmağa gedərkən icazə almağa ehtiyac yoxdur. Vətəndaş zibili atıb geri qayıtmalıdır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Daşkəsənin bəzi kəndlərinə dolu düşüb - VİDEO
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub - Ölənlər var
30.05.2020
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
30.05.2020
“Tarqovı”dakı görüntülərlə bağlı təşkilatçıya qarşı cinayət işi açıldı
30.05.2020
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib