Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7214

Digər sorğular

"Aprel döyüşləri və Günnüt zəfəri dünyaya Azərbaycan Ordusunun gücünü göstərdi" - General - VİDEO

17:18  |    03 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Hərbi xidmətə çağırılan gənclər ordu sıralarına daxil olan gündən ümumqoşun, ixtisas və fiziki hazırlıq məşğələlərində ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanırlar.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilən gənc əsgərlər də ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.

Yolasalma mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibəti ilə təbrik ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərindən 4 il keçir: "Bu döyüşlər zamanı işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca isə 2018-ci ildə qazanılan Günnüt zəfəri bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz də bu döyüşlərdə iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər".

Təbrik oxunduqdan sonra müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetirən əsgərlər qazandıqları bilik və bacarıqları peşəkar döyüşçü kimi nümayiş etdiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

“Əlahiddə Ümumqoşun Ordunun marşı” ifa edildikdən sonra bölmələrin tribuna önündən təntənəli keçidi olub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.12.2020
Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ belə müəyyən olunacaq
02.12.2020
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO
01.12.2020
Əsgərlərimizin dəhşətə gətirən əməli… - Ermənilər danışdı
01.12.2020
Azərbaycan əsgəri Zori Balayanın oğlunu dəhşətə gətirdi: “Anlamıram, onlar dayanmadan 8-9 saat...” - VİDEO
01.12.2020
Qazi: "Beş saat pusquda qalandan sonra yaralandıq" - VİDEO