Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Qazilər karantin müddətində əsgər və polislərə kömək etməyə hazırdır – TƏKLİF

11:30  |    01 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Onlar bununla bağlı bu gün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcəklər

Məlum olduğu kimi, bütün dünyada, o cümlədən Azərbaycanda koronavirusla mübarizə istiqamətində ciddi addımlar atılır. Bu məqsədlə artıq neçə gündür Azərbaycanda karantin elan edilib. Dünəndən isə bu prosesə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgər və zabitləri də qoşulub. Əsgərlər polislərlə bərabər karantin rejiminin qorunmasında iştirak edir. QAZİLER.AZ saytı xəbər verir ki, bununla bağlı “Qarabağ qaziləri“ ictimai birliyindən maraqlı bir təklif gəlib. Bunu sayta Qarabağ qaziləri birliyinin sədri Asəf Əliyev bildirib:

“Bəşəriyyəti bürümüş bu bəlaya qarşı bütün dünya, eyni zamanda Azərbaycan ən sərt tədbirlər görür. Bildiyiniz kimi, artıq Azərbaycanda xüsusi karantin rejimi qüvvəyə minib. Bu işi müvafiq dövlət qrumları ilə yanaşı polislər və daxili qoşunların əsgərləri, zabitləri həyata keçirir. Birliyimizdə bu məsələ video konfrans şəkilində müzakirə edilib. Qərar alınıb ki, keçmiş döyüşçülər də - sağlamlığı imkan verən Qarabağ Qaziləri xüsusi karantin rejimində polisə və əsgərlərə dəstək ola bilər. Biz polislər və əsgərlərlə birgə xüsusi karantin rejimi dövründə onlarla birgə təmənnasız olaraq xidmətdə ola bilərik. Bununla bağlı bu gün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcəyik. Düzdür, yetərincə polis və əsgərimiz var ki, yüksək səviyyədə bu işləri həyata keçirsin. Amma bizlər kənarda qala bilməzdik. Qarabağ qaziləri həmişə dövlətə, dövlətçiliyə bağlı insanlardır. Ağır gündə də, xoş gündə də həmişə dövlətimizin yanında olmuşuq. Bu gün dövlətimiz və millətimiz üçün ağır günlərdir. Ona görə də qərara aldıq ki, öz köməkliyimizi təklif edək.” – deyə, A.Əliyev bildirib.

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Daşkəsənin bəzi kəndlərinə dolu düşüb - VİDEO
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub - Ölənlər var
30.05.2020
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
30.05.2020
“Tarqovı”dakı görüntülərlə bağlı təşkilatçıya qarşı cinayət işi açıldı
30.05.2020
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib