Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Türk həkimlər koronavirusun müalicəsində ilkə imza atdılar

10:19  |    01 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Türkiyə həkimləri koronavirus xəstələrinin müalicəsi üçün fərqli üsuldan istifadə edəcək.

Bu barədə Gaziantep Universitetinin rektoru, professor Ali Gür deyib.

A.Gür bildirib ki, onlar koronavirusdan sağalan xəstələrdən qan örnəkləri götürəcəklər: "Bu qan örnəklərindəki bakteriyaları və digər virusları təmizləyərək, koronavirus xəstələrinin müalicəsində istifadə edəcəyik. ABŞ bu üsuldan istifadə etməyə başlayıb. Lakin onlardan fərqli olaraq, biz toplanan qan örnəklərini əvvəlcə test edəcəyik və təmizlədikdən sonra xəstələrin üzərində istifadə edəcəyik".

Prorektor qeyd edib ki, bu proses rəhbərlik etdiyi universitetdə qurulacaq sistemlə həyata keçiriləcək.

"Bu sistem sayəsində biz xəstənin başqa virusa yoluxması təhlükəsini sıradan çıxaracağıq", - o bildirib.

Rektor müalicənin necə tətbiq ediləcəyini də açıqlayıb: "Bir insan hər-hansı virusa yoluxduqda onun qanında antikorlar formalaşır. Bunun sayəsində o, xəstəlikdən sağalır. Lakin həmin antikorlar insanın qanında aylarla, hətta illərlə qalır, proteinlər yaradır. Biz bu antikorlardan xəstələrin müalicəsində istifadə edəcəyik. Müalicə uğurlu olarsa, süni tənnəfüs aparatına daha az ehtiyac olacaq. Müalicəyə aprel ayının sonuna kimi başlamağı planlaşdırırıq".

Publika.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı 7 MƏHSUL
31.05.2020
İnsanı xoşbəxt etdiyi deyilən şokoladın inanılmaz FAYDALARI
30.05.2020
Unsuz çörək necə hazırlanır? - Ləzzətli "Oopsie" çörəyi
30.05.2020
Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdı
30.05.2020
Üzdəki ləkələrdən qurtulmağın yolu - Pomidor maskası