Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Həmsədrlərin Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı BƏYANATI

20:12  |    31 Mart 2020  |   E-mail  |  Çapa göndər


ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıb.

APA-nın məlumatına görə, həmsədrlər İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) bəyanatlarında bildiriblər ki, martın 31-də Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımırlar.

Vasitəçilər bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində həmsədrlərin 9 mart tarixli bəyanatında qeyd olunmuş prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həll olunmasında Dağlıq Qarabağ əhalisinin rolunu tanıyırlar.

Həmsədrlər onu da qeyd edirlər ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.

Həmsədrlər müvafiq olaraq, bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Aprel müharibəsi araşdırmaları: general Xaçaturova ulimatum verildi
30.05.2020
“Ermənistanın Şuşa təxribatı müharibə çağırışlarının kəskin artmasına səbəb oldu”
29.05.2020
Qarabağ üsyanı: Gəncədən sonrakı dalğa - Şanlı tarixin yüzüncü ili ekranda
29.05.2020
"Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik tam həll etməliyik"
28.05.2020
“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” - Ekspert