Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Regionda Azərbaycan, Ermənistan və koronavirus qalıb - TOFİQ ZÜLFÜQAROVLA #evdəqal SÖHBƏTİ

20:10  |    30 Mart 2020  |   E-mail  |  Çapa göndər


Modern.az “Evdə qal” rubrikasını davam etdirir.

Növbəti həmsöhbətimiz Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdur.

O, koronavirus pandemiyasının siyasi nəticələri, bu dönəmdə dünyanın ümumi mənzərəsi və Azərbaycanın koronavirusdan qorunmaq üçün atdığı addımlar haqqında fikirlərini bölüşüb.

Sabiq nazirlə müsahibəni təqdim edirik:

-Tofiq müəllim, evdə necəsiniz?

-#Evdəqalmaq məcburiyyəti bir tərəfdən adamı sıxır, darıxdırır. Amma digər tərəfdən, imkanlar yaranır ki, internet axtarışı edəsən, məlumatlar toplayasan və s. Bu baxımdan hər bir problem öz növbəsində imkanlar da yaradır. Hər kəs necədirsə, mənim üçün də vəziyyət elədir.

- Yəni sizin üçün evdə qalmaq çətinlik, problem yaradır?

- Təbii ki, problemlər olur. Amma böyük çətinliklərdən söhbət getmir.

- Boş vaxtlarınızda nə edirsiniz?

- Elə dediyim kimi, hansısa siyasi məlumatları, informasiyaları axtarıram. İstəsək də, istəməsək də düşünürük ki, bu işlərin sonu necə olacaq, nə qədər vaxt aparacaq. Bu problemin siyasi və iqtisadi fəsadları nələr olacaq. Elə siyasətlə məşğul olmayan insanlar da bununla maraqlanır.

- Azərbaycan koronavirusla mübarizəyə çox aktiv şəkildə qoşuldu. Siz necə qiymətləndirirsiniz?

- İnsanların təmkinli olması, nizam-intizama, tələblərə riayət etməsi çox müsbət təssürat yaradır. Biz birilik ki, digər ölkələrdə insanların panikaya uğraması, dükanlarda, ticarət mərkəzlərində dava aparması və s. hallar müşahidə olunur. Bizdə isə belə durum yoxdur. Ona görə, hiss edilir ki, insanlar bu mərhələni keçiblər. İctimai şüur, nizam-intizam xüsusiyyəti formalaşıb. Bir çox ölkələrdə Azərbaycanın atdığı addımlar hələ təzəlikcə atılır. Xəstəlik təhlükəlidir, amma əsas təhlükə yaradan bu xəstəliyin iqtisadi və siyasi fəsadları olacaq. Hesab edirəm ki, koronavirusla mübarizə aparan ölkələrdə iqtisadi fəsadların olması göz qabağındadır.

Siyasi proseslər necə dəyişəcək?

- Müşahidələr onu göstərir ki, artıq çoxtərəfli əlaqələr böharn içərisindədir. Beynəlxalq təşkilatların vasitəsilə həyata keçirilən diplomatik münasibətlər iflasa uğrayıb. Avropa İttifaqında pandemiya nəticəsində, şengen ölkələri arasında imtiyazlar artıq işləmir. Avropa ölkələrindən biri olan İtaliya böhranın içərisində olduğu halda Avropa İttifaqı tərəfindən yüksək səviyyədə kömək olunmur. Bundan əvvəl dəbdə olan Avropa Şurası Parlament Assambleyasının bəyanatlarını və s. heç kəs yada salmır. Həmçinin NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi təhlükəsizlik təşkilatlarının da faəliyyəti sıfır səviyyəsindədir. İlk növbədə dövlətlərin özlərinin suveren hüquqları çərçivəsində atdığı addımlar ön plandadır. Onlar yalnız öz əhalisini, vətəndaşlarını qorumaq üçün addımlar atırlar.

Vasitəçi təşkilatların arxaya çəkildiyi bir məqamda münaqişələrin həlli məsələsi də sual altına düşür. Bu durumda Ermənistan - Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət necə olacaq?

Hazırda Ermənistan xaricdən aldığı dəstəyi ala bilmir. Pandemiyadan sonra da Ermənistanın bu dəstəyi alacağı da sual altındadır. Artıq regionda Azərbaycan, Ermənistan və koronavirus qalıb. Bəlkə də bu münaqişə başlayan vaxtdan ilk dəfədir ki, belə bir durum var.

- Ermənistan öz əli, öz başı qaldığı müddətə Azərbaycanın Qarabağı azad etmək fürsəti yaranırmı?

- Azərbaycan enerji baxımından, ərzaq, maliyyə və ümumi iqtisadi baxımdan tamamilə özünü təmin edən dövlətdir. Öz imkanları çərçivəsində pis və ya yaxşı – insanlar uzun müddət burada dayana bilərlər. Biz görürük ki, Ermənistanın əhalisinin böyük bir qismi Rusiyada işləyib, ailələrinə dəstək verir. Ona görə, Ermənistanın bu qapısı bağlanır. Ərzaq baxımından da Ermənistan özünü təmin edə bilməyəcək. Ermənistan indi sırf öz imkanlarına əsaslanan siyasət yürütməyə məcburdur, ya da özünə yeni siyasət yolu seçməlidir. Ermənistanın bu prosesdən necə çıxacağı sual altındadır. Bəlkə də Azərbaycan bu imkanları istifadə etmək, güc tətbiq etmək məcburiyyətində qalacaq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün yaranmış imkanı istifadə edəcək.

Artıq Avropadan gələn xəbərlər siyasətçilərin, tanınmış insanların da koronavirusa yoluxduğunu təsdiq edir. Daha təcrid olunmuş, diqqətli, özünü qoruyan şəxslər hesab etdiyimiz tanınmışların, siyasətçilərin də bu virusa yoluxması hansı mesajı verir?

Artıq görünür ki, bu xəstəlik düşündüyümüzdən təhlükəlidir. Təhlükəsi budur ki, xəstəliyə yoluxanların sayı kifayət qədər çox ola bilər. Bu qripə yoluxanların hamısının hökmən ölməsi mümkün deyil. Sadəcə qrip paralel xəstəlikləri olan insanlar üçün mənfi nəticələnə bilər. Pandemiya elə bir şeydir ki, heç bir səhiyyə sistemi xəstələrin statistikasını, sayının nə qədər çox olacağını hesablaya bilmir.

- Sizcə, koronavirusdan sonrakı dönəmdə Azərbaycan xalqının psixologiyasında hansı dəyişiklik olacaq?

- Xüsusilə bu dönəmdə azərbaycanlıların yaşlılara, ahıl insanlara xüsusi diqqət göstərdiyini müşahidə edirik. Pandemiya əsasən yaşlı insanlar üçün yaradır. Cavanlar evdə oturarkən də yaşlılara diqqət və qayğı göstərə bilirlər. Bu baxımdan hesab edirəm ki, insanların bu davranışı psixologiyamızda da müsbət formada qala biləcək. Yaşlılara qayğı göstərilməsi təqdirəlayiq olmaqla bərabər böhrandan çıxmaq üçün də əlavə imkanlar yaradır.

Günlük yaşamımıza qayıtmaq istərdim. Darıxdığınız dostlarınız varmı? Koronavirus cilovlandıqdan sonra hansı dostlarınızla görüşməyi düşünürsünüz?

Dostlarla mütəmadi zəngləşirik, danışırıq, hətta zarafatlaşırıq. Sosial şəbəkələrdə də yazışmalarımız olur. Təbii ki, hər bir insanın borcudur, digərlərinə heç olmasa təsəllisi, sözləri ilə yardım etsin. Çalışıram ki, həm əməl, həm də təsəlli ilə dostları mənfi situasiyadan uzaqlaşdırım. Hər kəsi bu cür olmağa çağırıram. Dostlarımıza, yaxınlarımıza ürək-dirək verməklə bu sınaqdan çıxmağı tezləşdirə bilərik.

Nə qədər əhval-ruhiyyəmizi yüksək tutmağa çalışsaq da, koronavirusun varlığı mənfi enerji kimi üzərimizdə qalır. Bunu aradan qaldırmaq üçün nələr edə bilərik?

Bu dönəmdə özündə kiçik də olsa bir şübhə hiss edən adam evdə oturmalıdır ki, mənfi reaksiya ilə rastlaşmasın. Gərginliyin olması təbiidir və cəmiyyətin xüsusiyyətidir. Biri-birimizə dəstək olaq.

- Son olaraq, #evdəqalaqmı?

- Bəli. Hamıya can sağlığı arzu edirəm. Xalqımızın, dövlətimizin bu sınaqdan qısa müddətdə, itki vermədən çıxması bizim üçün vacibdir. Bu da keçsin, keçmiş olsun!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Şeyxinizin bir arvadı var, ikincisinə ehtiyac duymuram - Allahşükür Paşazadə
27.05.2020
“Prezident belə biabırçılığa dözən adam deyil” — Çingiz Abdullayev
26.05.2020
“Kremlin ermənilərə dəstək verməsi...” - Tofiq Zülfüqarov
14.05.2020
"Macarıstandakı diaspora fəaliyyətimizə hər zaman maddiyat yox, vətənə, dövlətə qulluq baxımından yanaşmışıq"
07.05.2020
Prezident İlham Əliyev “Mir” televiziya kanalına müsahibə verib