Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Ermənilərdən Azərbaycana qarşı yeni iddia: “İndi də bu əraziləri istəyirlər”

17:37  |    29 Mart 2020  |   E-mail  |  Çapa göndər

“Politoloqlar rusdilli mətbuatlar vasitəsilə ermənilərin təxribatlarına qarşı məqalələrlə cavab verməlidirlər. Qars müqaviləsini tanımayan Ermənistan Gürcüstanı da siyasi fantaziyasına qataraq anti-türk siyasətə meyləndirir”.

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, ermənilərin əlində olan Rusiya və Ermənistandakı saytlar kütləvi şəkildə Naxçıvan, Şərqi Anadolu torpaqlarına iddialar qaldırır:

“Vaxtı təsadüfi seçməyiblər. İş orasındadır kı, onlar 100 il əvvəl imzalanan Moskva və Qars müqavilələrini heçə sayaraq, guya kamalçılarla bolşeviklərin erməni xalqının torpaqlarını əllərindən aldıqlarını bildirirlər. Onlar utanmayaraq, 1918-1920 ci illərdəki Ermənistan Respublikasına belə istinad edirlər.

Vilson və Avropanın bir neçə dövlətinin beynəlxalq hüququ kobud şəkildə pozan və tarixdə heç bir zaman mövcud olmamış torpaqlarda müsəlman - türk xalqları arasında xristian erməni dövlətini yaratmaq məqsədi qoyan Sevr müqaviləsinə istinad etmək xəstə təxəyyülün göstəricisidir. Paşinyan və Ermənistandakı müxalifət partiyaları bilməlidirlər ki, Azərbaycanın bu istiqamətdə ata biləcəyi addımlar onlarınkından fərqli olaraq real faktlara söykənib”.

Zaur Məmmədov xatırladıb ki, 1918-1920 ci illərdə mövcud olmuş erməni dövlətinin mərkəz şəhəri İrəvan 1918 - ci ildə sənədlərdə göstərildiyi kimi ermənilərin Qarabağdan ən çəkməsi şərtilə ermənilərə verilib:

“Eyni zamanda, 1918-1920 - ci illərdəki Ermənistanın ərazisi SSR zamanı qeyri- qanuni şəkildə Azərbaycan və Gürcüstan hesabına genişləndirilib. Yəni, əgər Ermənistan Qars və Moskva müqavilələrini tanımaqdan imtina edirsə, o zaman Zəngəzur, Göyçə, İrəvanı Azərbaycana qaytarmalıdır. Belə olan təqdirdə, rus mətbuatında ermənilərin həyasızcasına Qars və Moskva müqavilələrinin guya ki, Ermənistan ərazisini kiçiltdikləri kimi səsləndirdikləri tezislər alt - üst olacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Qarabağda erməni əsgər öldü, yaralılar var
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi