Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Azərbaycanın bu bölgəsində koronavirus yoxdur - RƏSMİ AÇIQLAMA

16:59  |    29 Mart 2020  |   E-mail  |  Çapa göndər

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb.

Qazilər.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn İsgəndərov bildirib.

H.İsgəndərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:

“Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın hər yerində, Naxçıvanda, Şərurda, Ordubaddakı bütün təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər”.

Nazirlik rəsmisi qeyd edib ki, karantin üçün Qarxun kəndində xəstəxana ayrılıb:

“Amma ümumilikdə yoluxma yoxdur”.

H.İsgəndərov deyib ki, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və s. kimi qurumların əməkdaşları çalışmır: “Biz isə gücləndirilmiş iş rejimində çalışırıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Millət vəkili koronavirusdan dünyasını dəyişən həkimin ailəsindən yazdı
06.07.2020
Prezident İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"
06.07.2020
İlham Əliyev: “Xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaq”
06.07.2020
Prezident və xanımı Xətai rayonunda modul tipli hospitalın açılışında - YENİLƏNİB - FOTO/VİDEO
06.07.2020
“Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib” - Ekspert