Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

İtlər koronavirusun aşkarlanmasında yardımçı ola bilər - ARAŞDIRMA

20:26  |    29 Mart 2020  |   E-mail  |  Çapa göndər

Britaniyalı alimlər itlərin iybilmə köməyi ilə koronavirusu aşkarlaya bilib-bilməyəcəyini sınayırlar.

“Report” xəbər verir ki, bunu “Medical Detection Dogs” xeyriyyə təşkilatı açıqlayıb.

Məlumata görə, mütəxəssislər ev heyvanını 6 ay sürəcək təlimlərə hazırlamağa başlayıblar. Bundan öncə həmin təşkilatın əməkdaşları köpəkləri xərçəng, parkinson xəstəliyi, malyariya və bəzi bakterial infeksiyaları iybilmə ilə müəyyən etməyə öyrədə bilmişdi.

“Prinsip etibarı ilə itlərin COVID-19-u aşkarlaya biləcəyinə əminik. Məqsədimiz köpəklərin açıq-aşkar simptomları olmayan xəstələrdə belə koronavirusu aşkarlaya bilməsidir”, - təşkilatın təsisçi və baş direktoru Kler Gest bildirib.

K.Gestin sözlərinə görə, bu üsul nəinki virusun daha tez müəyyən edilməsinə yol açacaq, həm də testlərə xərclənən vəsaitlərin də azalmasına səbəb olacaq.

Bundan başqa, London Məktəbinin professoru Ceyms Loqan bildirib ki, respirator xəstəliklərinin daşıyıcılarında müəyyən bədən qoxusu olduğuna görə köpəklərin onlarda virusu aşkarlama ehtimalı yüksəkdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Koronavirusun vaksin problemi – Reklamdır, yoxsa dərd üstünə dərd...
03.07.2020
Azərbaycan koronavirusa qarşı yeni dərmanlar sifariş verib
02.07.2020
Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR
01.07.2020
90% yoluxanlara heç bir müalicə lazım deyil, lazımsız dərmanlara pul xərcləməyin - XƏBƏRDARLIQ
01.07.2020
90% yoluxanlara heç bir müalicə lazım deyil, lazımsız dərmanlara pul xərcləməyin - XƏBƏRDARLIQ