Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

İranda həbsxanada koronavirusla bağlı üsyan baş verib

15:54  |    29 Mart 2020  |   E-mail  |  Çapa göndər

İranın Həmədan şəhər həbsxanasında koronavirusla bağlı üsyan baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, üsyan zamanı bir neçə məhbus adyalları yandırıb və qarşıdurma yaradaraq qaçmağa çalışıb.

Bundan sonra həbsxanada təhlükəsizlik qüvvələrinin sayı artırılıb və üsyan yatırılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması açıqlanmayıb. Hazırda həbsxanada vəziyyət stabildir.

Həmədan şəhər prokuroru Həsən Xancani üsyanın baş verdiyini təsdiqləyib. O, sosial şəbəkələrdə məhbusların qaçması ilə bağlı yayılan xəbərləri təkzib edib və bildirib ki, hadisə zamanı heç bir məhbus qaçmayıb. H. Xancani qeyd edib ki, üsyançılar koronavirusun yayılmasını bəhanə gətirərək üsyana əl atıblar. Lakin həbsxanada bütün gigiyenik və sağlamlıq tədbirləri gücləndirilmiş formada həyata keçirilir.

Qeyd edək ki, yayılan məlumatlara görə, keçən gün İranın Kürdüstan əyalətinin Saqqız şəhərində də 70 nəfər məhbus koronavirus qorxusundan həbsxanadan qaçıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi
02.06.2020
Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi
31.05.2020
Dolların sabaha olan məzənnəsi
31.05.2020
Mübarizin “Palmali Holding"i müflis elan edildi
30.05.2020
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilindi - RƏSMİ