Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı

13:57  |    29 Mart 2020  |   E-mail  |  Çapa göndər

“Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb”.

Bunu “Report”a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.

Deputat əvvəlcə icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: “A.Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, icra hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçirilib. A.Dilavərovun test yoxlanışının nəticəsi pozitiv çıxıb”.

E.Nəsirov qeyd edib ki, hazırda icra başçısının müavini xəstəxanada karantinə alınıb: “Amma heç bir müalicə almır. Buna səbəb A.Dilavərovun ikinci test yoxlanışının nəticəsini gözləməsidir”.

Deputat vurğulayıb ki, A.Dilavərov sağlamlığında heç bir problem olmadığını və özünü pis hiss etmədiyini də söyləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
AZAL yenidən sərnişinlərə müraciət etdi
06.07.2020
Azərbaycanda 2 polis zabiti koronavirsudan vəfat etdi
03.07.2020
Cərimələrin ikiqat, beşqat olmasının elə bir önəmi yoxdur - Baş infeksionist
02.07.2020
Tibb Universitetindən baş epidemioluqun açıqlamasına münasibət
01.07.2020
Həsən Ruhani: "ABŞ Suriyanın təbii sərvətlərini talayır"