Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Koronavirusla bağlı əhaliyə rəsmi müraciət: Əgər pozitiv çıxsa...

10:41  |    29 Mart 2020  |   E-mail  |  Çapa göndər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) karantinə aparılacaqlarını zənn edib qurumun zəng xidmətlərinə müraciət etməkdən çəkinən vətəndaşlara müraciət edib.

Qazilər.az "Report"a istinadla xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, buna görə də bəzi vətəndaşlarda belə bir qorxu hissi var:

"Bu, qaynar xətlərimizə gələn zənglər vasitəsilə bizə çatır. Vətəndaşlarımız 103 və 113 zəng xidmətinə müraciətdən çəkinirlər. Vətəndaşlar düşünürlər ki, müraciət etsək, bizi karantinə aparacaqlar. Bu, əsla belə deyil. Normal müxtəlif xəstəliyi olanlar bura zəng edə bilərlər, çünki biz paralel olaraq adi günlərdəki kimi onlara xidməti davam etdiririk.

Eyni zamanda yuxarı tənəffüs yolu simptomu olan şəxslər qaynar xəttə zəng etməlidirlər. Ona görə də müraciət etməkdən çəkinməsinlər.

Vətəndaş müraciət edərsə, həkimlərimiz gedir və şübhəli hal varsa, onlardan müayinə materialı götürür. Analiz cavabı isə 1-2 gün ərzində deyilir. Əgər pozitiv çıxsa, onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilir. Əgər neqativ çıxsa, onlar tam rahat ola biləcəklər".

R.Bayramlı vurğulayıb ki, virusun və pnevmaniyaların özünəməxsus gedişi var:

"Virusun adı şiddətli kəskin respirator sindrom deməkdir. Yəni burada gediş şiddətli və kəskindir. Ona görə də virusu tez aşkar etməyimiz üçün vaxt bizim üçün bu məsələdə çox önəmlidir. Şəxs bu gün özünü normal hiss edə bilər, amma ağırlaşma olmadan biz onun müalicəsini təşkil etməliyik.

Hətta o simptomsuz keçsə belə. Tutaq ki, gənc adamdır və heç bir yanaşma ilə xəstəliyi yoxdur. Əgər ailəsində ahıl şəxslər varsa, onlar yoluxa bilərlər və belə olanda ölüm halları sürətlənir.

Biz heç bir vətəndaşımızı itirmək istəmirik, hamısının qayğısına qalmaq istəyirik. Ona görə də ictimai-sosial məsuliyyət çox önəmli olmalıdır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki...” - Fazil Mustafa
02.06.2020
"Kim Ramil Səfərova qarşı çıxırsa, o, bizdən deyil və ədalətsiz, vicdansız insandır...”
30.05.2020
"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."
29.05.2020
Erməni memarın etirafı: İrəvanda ermənilər yaşamayıb - VİDEO
29.05.2020
MÜSTƏQİLLİYİN RİTMİ