Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif etdi

12:57  |    28 Mart 2020  |   E-mail  |  Çapa göndər


Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Dövlət Müşaviri, ÇXR-in Xarici işlər naziri Van İn Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Teleqramda Van İn yeni koronavirus pnevmoniyası başlayandan bəri Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini qeyd edir və bu xüsusda Çinin dərin minnətdarlığını ifadə edir.

Hazırda yeni koronavirus sətəlcəm epidemiyasının getdikcə dünya miqyasında yayıldığını və Azərbaycanda təsdiqlənmiş halların artdığını qeyd edən Van İn ÇXR Xarici İşlər Nazirliyi və şəxsən öz adından dost Azərbaycan xalqına başsağlığı verir və bütün xəstələrin erkən sağalmasını arzu edir.

Teleqramda qeyd edilir ki, Çin və Azərbaycan yaxın dost və yaxşı tərəfdaşdırlar. Azərbaycan tərəfi epidemiyanın qarşısını almaq və nəzarət etmək üçün fəal tədbirlər həyata keçirir. Çin bu məqsədlə öz imkanları daxilində yardım göstərməyə və epidemiya vəziyyəti, qarşısının alınması və nəzarət təcrübəsi, eləcə də tibbi müalicə ilə bağlı Azərbaycan tərəfi ilə sıx əlaqə saxlamağa hazırdır.

“Biz inanırıq ki, Azərbaycan tərəfi ən qısa müddətdə epidemiyanı aradan qaldıracaq və Çin-Azərbaycan münasibətləri yeni və daha böyük inkişafa başlayacaqdır”, - teleqramda qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ
02.06.2020
Erməni siyasi xadim: “Hazırda Ermənistanın hüquq sistemində terror baş verir”
02.06.2020
Trampın Rusiya ilə bağlı dəvətinə etiraz...