Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Mübariz Mənsimovdan Ərdoğana MÜRACİƏT: “Bu, sizin və mənim düşmənlərimizi sevindirəcək”

11:33  |    28 Mart 2020  |   E-mail  |  Çapa göndər


“Palmali” şirkətlər qrupunun Prezidenti Mübariz Mənsimov həbsinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və nazirlərə müraciət edib.

Qaziler.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident və hörmətli nazirlər. 14 gündür heç bir günahım olmadığı halda həbsdəyəm. Bir il əvvəl 81 və 84 yaşlı valideynlərimi xəstə olduqları üçün Azərbaycandan Türkiyəyə yanıma gətirmişəm. Bütün dünyanı bürüyən və ölkəmizə də təsir edən koronavirusa görə, evdə valideynlərimə kömək edəcək heç kim yoxdur.
Onlar koronavirus səbəbindən mənim ölkə xaricində olduğumu düşünürlər. Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız. Şərəfsiz FETÖ və bunun kimi heç bir təşkilatla əlaqəm olmayıb, ola bilməz. Mən günahkar deyiləm və sizdən xahişim budur ki, günahsız olduğum təsdiqlənənə kimi həbsim ev dustaqlığına çevrilsin. Özümdən çox valideynlərimi düşünürəm. Məni başa düşəcəyinizə əminəm. Bütün şirkətlərimin mərkəzi Türkiyədədir və inanın, şirkətimə ziyan dəyməsi sizin və mənim düşmənlərimizi sevindirəcək.

Hörmətlə, Mübariz Qurbanoğlu”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
02.06.2020
“Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki...” - Fazil Mustafa
02.06.2020
"Kim Ramil Səfərova qarşı çıxırsa, o, bizdən deyil və ədalətsiz, vicdansız insandır...”
30.05.2020
"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."
29.05.2020
Erməni memarın etirafı: İrəvanda ermənilər yaşamayıb - VİDEO