Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

“Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar” - Elmar Məmmədyarov

11:27  |    27 Mart 2020  |   E-mail  |  Çapa göndər


“Koronavirus pandemiyası ilə bağlı xaricdə olan Azərbaycan vətəndaşları ilə daimi əlaqə saxlayırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Nazirlər Kabineti yanında operativ qərargahın ötən gün keçirilən iclasında bildirib.

E.Məmmədyarov deyib ki, Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanın xarici ölkələrdəki bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib.

“Bildirilib ki, hamı ilə bir-bir danışsınlar, nə qədər imkan varsa, insanlar evlərində qalsınlar. Çünki onlar virusun daşıyıcısı ola bilərlər. Nə qədər imkan varsa, yaşadıqları yerlərdə qalsınlar. Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”, - deyə nazir qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, son günlər 400 nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib:

“Yaxın günlərdə müəyyən olunmuş qrafiklərlə bu qədər vətəndaşın da ölkəmizə gətirilməsi üzrə işlər aparılır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ
02.06.2020
Erməni siyasi xadim: “Hazırda Ermənistanın hüquq sistemində terror baş verir”
02.06.2020
Trampın Rusiya ilə bağlı dəvətinə etiraz...