Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6956

Digər sorğular

Bakıda apteklərdə maska 25 manata satılır – FOTO - VİDEO

21:40  |    26 Mart 2020  |   E-mail  |  Çapa göndər

Çində koronavirus qeydə alınandan sonra dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qoruyucu tibbi maskalara tələbat artdı.

İranda bu virusun peyda olmasından sonra isə ölkəmizdəki apteklərdə demək olar ki, tibbi maska böhranı yaşanmağa başladı.

Bizimyol.info xəbər verir ki, paytaxtın Abbasqulu Ağa Bakıxanov küçəsilə Azadlıq prospektinin kəsişməsində fəaliyyət göstərən “Depo” aptekdə tibbi maskalar 12 və 25 manata satılır.



Xatırladaq ki, bu ayın əvvəlində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Qeyd edək ki, Baş Naziri Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. Qərarda qeyd edilib ki, əsasən yeni koronavirus xəstəliyinin (COVID-2019) dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması hallarına qadağa qoyulsun. Belə halda ölkəmizdə kifayət qədər ehtiyat tibbi maskaların olduğuna, həmin maskaların möhtəkirlər tərəfindən anbarlarda saxlanılmasına əsaslı şübhələr yaranır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozub - RƏSMİ
13.07.2020
Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
13.07.2020
“Qarabağı mütləq qaytaracağıq...” – Mehriban Əliyeva
13.07.2020
115 kubalı həkim artıq Azərbaycandadır
13.07.2020
Baş leytenantla vida mərasimi... - FOTO