Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6784

Digər sorğular

Bakıda bu ərazilər dezinfeksiya olunur

12:38  |    26 Mart 2020  |   E-mail  |  Çapa göndər


Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir.

İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, koronavirus pandemiyasının Azərbaycanda yayılmaması məqsədi ilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.04.2020
8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi
02.04.2020
Bu hallarda SMS göndərmədən evdən çıxa bilərsiniz
02.04.2020
"Lələtəpə əməliyyatı"nın müəllifi ilə bağlı maraqlı fakt - Döyüşlərin canlı şahididir
02.04.2020
Evdən çıxmaq üçün bu nömrəyə SMS yazmaq lazımdır - QAYDALAR
02.04.2020
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur