Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7006

Digər sorğular

Məhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

23:43  |    25 Mart 2020  |   E-mail  |  Çapa göndər

Penitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

“Report” xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Bu, tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər biz bildirdiyimiz kimi, kompleks tədbirlər, profilaktik tədbirlər, maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk. Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları demək olar ki, minumuma endirilib. Yəni bütün bu məsələlər tam ciddi nəzarət altındadır. Hətta bizim hər bir əməkdaşımız xidmətə çıxanda nəzarət buraxılış məntəqəsində yoxlanılır. Onlar işə qoruyucu maskalarla gəlirlər, hərarətləri ölçülür. Bütün lazimi tədbirlər həyata keçirilir və belə də davam etdirilir. Çox şükürlər olsun ki, bununla bağlı hər hansı ciddi problemimiz yoxdur”, - deyə M.Sadıqov qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaqla işləmir
12.08.2020
Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı RƏSMİ AÇIQLAMA
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu- 2 nəfər ölüb
12.08.2020
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
12.08.2020
Prezident İlham Əliyev yeni "London taksi"ləri ilə tanış olub - FOTO