Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6789

Digər sorğular

Qonşu ölkədə virusa məhəl qoymadan dənizə axışdılar

20:19  |    25 Mart 2020  |   E-mail  |  Çapa göndər

Türkiyədə koronavirus daşıyıcılarının sayı sürətlə artır.

Son məlumata görə, ölkədə 1874 nəfərdə pandemiya aşkarlanıb, 44 türkiyəli həyatını itirib.

Bizimyol.info xəbər verir ki, virusun sürətlə yayılmasına Antalyada məhəl qoymurlar. Şəhər sakinləri dənizə axışırlar. Konyaaltı sahili insanla dolub-daşır.

Jurnalistlərlə söhbətləşən vətəndaşlar temperaturun xeyli artmasına biganə qala bilmədiklərini deyiblər. 55 il Parisdə yaşamış Cafer Yazgü evdə beş gün dözdüyünü söyləyib. Amma bundan artıq qala bilməyib: “Bura gələndə avtobusa minmədim. Küçəyə gözlüyümü, maskamı, əlcəklərimi taxaraq çıxdım. Bir az dəniz havası almağa ehtiyacım var. Mən heç kimə virus yaymıram. Mənə də virus keçirməsinlər”.

Antalyada yaşayan Anna Alekseyeva övladları ilə günəş vannası qəbul etmək qərarına gəlib. Jurnalistlərin suallarına cavab verən qadın virusdan qorxmadığını söyləyib.

Dəniz sahilinə velosipedi ilə gələn Ender Yutulmaz isə hər gün belə davrandığını deyib. O, heç kimə yaxınlaşmadığını, bir az dəniz havası alandan sonra geri döndüyünü bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.04.2020
Rusiyanın İrəvandakı səfirliyi qarşısında ermənilər etiraz aksiyası keçirdi - VİDEO
05.04.2020
Olay: Putinlə rəqs edən qadını əri döydü
05.04.2020
İranda bu tarxidən fəaliyyətlər başlanacaq - Ruhani
05.04.2020
Fransalı aparıcı koronadan ölənləri təhqir etdi
05.04.2020
Rusiyada adı gizli saxlanılan silahlı şəxs 5 nəfəri qətlə yetirdi