Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6790

Digər sorğular

Millət vəkilindən internetlə bağlı TƏKLİF

15:22  |    25 Mart 2020  |   E-mail  |  Çapa göndər


Koronavirus pandemiyası səbəbindən təhsil müəssisələri bir müddətdir fəaliyyətini dayandırıb.

Bir sıra müəssisələr dərsləri müxtəlif metodlardan istifadə edərək internet vasitəsilə təşkil edirlər. Bu səbəblərdən internetə tələbat daha da artıb.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar internet tariflərində müəyyən güzəştlər olunmalıdır:

“Nəzərə alaq ki, bəzən bir evdə bir neçə şagird və ya tələbə olur və hər ailənin də bu ehtiyacı ödəmək üçün həmişə imkanı olmur. Amma bu sahə özəl olduğundan dövlətin müdaxilə imkanları məhduddur. Hesab edirəm ki, internet provoyderləri məsələnin aktuallığını və yaranmış zərurəti nəzərə alaraq, tariflərə yenidən nəzər sala və müəyyən kampaniyalar təşkil edə bilərlər. Söhbət müəyyən dövrdən gedir. Təhsil və təlim prosesinin dayanmaması və davamlı olması üçün hamımız bütün imkanlarımızı səfərbər etməliyik”.

Qeyd edək ki, bundan öncə də bir çox millət vəkilləri və ekspertlər internet qiymətlərində güzəşt edilməsi ilə bağlı provayderlərə çağırış ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.04.2020
Şəmistan Əlizamanlıdan karantin rejimi ilə bağlı xalqa çağırış
06.04.2020
Koronavirus xəstələrinin adı niyə açıqlanmır? - RƏSMİ AÇIQLAMA
06.04.2020
Hacı Əbdül vəfat edib
06.04.2020
Ordumuzun mövqeləri atəşə tutulub
05.04.2020
Azərbaycanda 80 yaşlı deputat karantinə alınıb? - AÇIQLAMA