Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6784

Digər sorğular

Təşviş doğuran yeni hantavirus - insandan-insana yoluxa bilirmi?

11:35  |    25 Mart 2020  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi, Çinin Uhan şəhərində ortaya çıxan və tez bir zamanda əksər ölkələrdə sürətlə yayılan koronavirus dünyasının bəlasına çevrilib.

Dünya bütün gücü ilə koronavirusla mübarizə apardığı bir zamanda Çində daha bir öldürücü virus - hantavirusun ortaya çıxması və bir insanın dünyasını dəyişməsi təşvişə səbəb olub.

Xəbər verilir ki, Çinin Yunnan əyalətində bir kişi avtobusda dünyasını dəyişib. Kişi Yunnan əyalətindən iş üçün Şantung əyalətinə gedirmiş. Aparılan araşdırmalardan sonra məlum olub ki, həmin şəxs hantavirus daşıyıcısıdır. Buna görə avtobusda olan 31 şəxs karantinə alınaraq, testdən keçirilib.

Bəs hantavirus nədir və harada ortaya çıxa bilir?

Qeyd olunur ki, bu virus əsasən siçovullarla təmas və yaxud siçovul idrarı, nəcisi, tüpürcəyinə toxunma nəticəsində heyvandan insana keçir. Hantavirus “Hantavirus Ağciyər Sindromu” (HPS) adlı xəstəliyə səbəb olur. Mütəxəssislər bildirir ki, bu virus insandan insana keçmir və bunun üçün də təhlükəli hesab olunmur.

Bu virusun adı ilk dəfə aşkar olunduğu Hantan çayından (Cənubi Koreyada) götürülüb. “Kırım-Konqo qızdırması virusu”nda olduğu kimi, bu virus da yüksək qızdırma ilə müşayiət olunur.

Virusun simptomları bunlardır: yorğunluq, qızdırma, əzələlərdə ağrı, baş ağrısı, ishal, ürəkbulanma, qanaxma. Bu virus ağciyər şişi, böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola, öldürə bilir.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.03.2020
Bu şəxslər 100 manat məbləğində cərimələnəcək
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb
29.03.2020
Koronavirusla bağlı əhaliyə rəsmi müraciət: Əgər pozitiv çıxsa...
28.03.2020
Mübariz Mənsimovdan Ərdoğana MÜRACİƏT: “Bu, sizin və mənim düşmənlərimizi sevindirəcək”