Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

Tofiq Zülfüqarovdan Qarabağ məsələsi ilə bağlı İLGİNC İDDİA

20:08  |    24 Mart 2020  |   E-mail  |  Çapa göndər

Nəhayət ki, biz tək qaldıq – Ermənistan, Azərbaycan və koronavirus.

Bir həftə əvvəl bölgədəki yeganə vasitəçilik strukturuna rəhbərlik edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik özünü prosesdən kənarlaşdırdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələr, NATO, Avropa İttifaqı və MDB sərhədləri bağladılar və bir-biri ilə bütün əlaqələri kəsdilər.

Teleqraf.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, maraqlısı budur ki, Çin, Rusiya və Kuba İtaliyaya yardım göstərdi, Avropa İttifaqının üzvü olan Çexiya isə İtaliyaya istiqamətlənmiş humanitar yardım yükünü mənimsədi:

“Amerikalı maliyyə analitikləri pandemiya səbəbindən ABŞ-ın ümumi daxili məhsulunun 30 faiz azalacağını güman edirlər. Məndən nə düşündüyümü soruşurlar. Cavab sadədir. Pandemiyadan əvvəlki – bildiyimiz beynəlxalq münasibətlər sistemi tamamilə çökdü. Böhran keçdikdən sonra hər şeyin əvvəlki qaydada bərpa olunacağına inanmaq üçün heç bir əsas yoxdur. Ona görə də bu gün reallıq bundan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətə təsir edən iki oyunçu var. Bunlar Ermənistan və Azərbaycandır. Düşünürəm ki, bir, yaxud iki həftə sonra Azərbaycanın Ermənistana verəcəyi sual aktual ola bilər – qoşunlarınızı işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa neçə gün lazımdır?”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Qarabağ qazisi Niyaz Ələsgərov vəfat edib
09.08.2020
“Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur” - Deputat
07.08.2020
“Dağlıq Qarabağın azad olunması an məsələsidir” - Polkovnik
07.08.2020
Rey Kərimoğlu: "Vətən sevginizi xırda hisslərə qurban verməyin" - VİDEO
07.08.2020
Şəhid generalla polkovnikin məzar daşı hazırdır - FOTO