Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6791

Digər sorğular

Ermənistanda təklik qorxusu: Azərbaycan hücum edə bilər - "Bu, bizə də çətin olar" - Politoloq

21:14  |    24 Mart 2020  |   E-mail  |  Çapa göndər

“Ermənistanın vəziyyəti həqiqətən ağırlaşıb. Çünki işğalçı siyasətinə görə Türkiyə və Azərbaycanla sərhədləri uzun onilliklərdi bağlıdır. Koronavirusun yayılması ilə bağlı iki strateji tərəfdaşı ilə də məcburən əlaqələri kəsilib. Biri İrandır ki, Ermənistan üçün “nəfəslik” rolunu oynayır, digər tərəfdən isə Gürcüstan üzərindən Rusiya ilə olan əlaqələr də kəsilib”.

Bunu Moderator.az-a açıqlamasında “Atlas” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Qeyd edək ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar ATƏT-in Mnsk qrupu bir həftə əvvəl bölgədə monitorinqləri dayandırdığını bəyan edib. Bundan başqa, ümumiyyətlə, dövlətlərarası kommunikasıyalar məhdudlaşdırlıb və Ermənistanın da məlum havadarları ilə əlaqələri təbii olaraq zəifləyib. Belə bir vəziyyətdə Ermənistan cəmiyyətində Azərbaycanın yaranmış şəraitdən istifadə edəcəyi düşüncəsi təşviş yaradıb. İndi ermənilər arasında ən çox müzakirə olunan mövzulardan biri də koronavirusla yanaşı, mühairəbənin başlama ehtimalıdır.

Məsələ bir sıra siyasi şərhçilər tərəfindən də gündəmə gətirilir. Politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən deyib ki, onu da nəzərə alsaq ki, pandemiya Gürcüstan və Azərbaycandan fərqli olaraq Ermənistanda daha çox yayılıb, üstəgəl iqtisadiyyatında da bundan sonra daha ciddi problemlər yaranacaq, ermənilərin təşvişi anlaşılandır:

“Ancaq məsələ ondadır ki, eyni problemlərlə biz də üzləşmişik. Müəyyən çətinliklərin yaranmasına baxmyaraq, bizim iqtisadi imkanlarımız Ermənistandan dəfələrlə üstündür. Problemləri özümüz həll etmək iqtidarındayıq.

Belə bir şəraitdə biz vəzəiyyətdən istifadə edib işğalçını torpaqlarımızdan qovmaq üçün hərbi əməliyyatlara başlasaq - baxmayaraq ki, bu bizim müstəsna hüququmuzdur, müəyyən istiqamətlərdən təzyiqlərlə üzləşə bilərik. Belə bir qərar verməli olsaq, buna da hazır olmalıyıq. Beynəlxalq aləm yaranmış vəziyyətdə bizə qarşı daha çox çıxa bilər”.

Politoloq əlavə edib ki, belə gərgin bir vəziyyətdə ermənilər Dağlıq Qarabağda qanunsuz “seçki” keçirirlərsə, təxribatlar törədirlərsə, əlbəttə bizim hüququmuz var ki, istənilən addımı ataq:

“Lakin yenə də anlamalıyıq ki, bu halda biz iki düşmənlə mübarizə aparmalı olacağıq. Bir Ermənistanla, bir də “gözəgörünməz düşmənlə” – yəni virusla.

İkisini bir arada etmək bizim üçün də asan olmaz. Ona görə də bu qərarı vermək çətindir”.

Elxan Şahinoğlunun sözlərinə görə, bu gün dünya pandemiya ilə mübarizə aparır, hətta dünyanın bütün münaqişə ocaqlarında bir sönüklük müşahidə edilir:

"Münaqişənin haqlı tərəfi biz olsaq da, bu baxımdan özümüzü beynəlxalq aləmin yersiz hədəfinə çevirə bilərik, təzyiqlər ola bilər. Başqa vaxtda bizi müdafiə edənlər çox ola bilər, nəinki belə vəziyyətdə".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
“Savaş başlasa, Rusiya Ermənistana dəstək verməyəcək” – Müsahibə
02.04.2020
Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi
01.04.2020
ÜST-ün Baş direktoru Azərbaycan Prezidentinə məktub ünvanlayıb
31.03.2020
Professor: “Yaxınlarda Qarabağda savaş başlaya bilər” – Şok müsahibə
31.03.2020
Dağlıq Qarabağda “seçkilər”in keçirilməsinə İranın MÜNASİBƏTİ