Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6789

Digər sorğular

Çində daha bir virus yayıla bilər - Artıq ölən də var

18:43  |    24 Mart 2020  |   E-mail  |  Çapa göndər

Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfər virusdan ölüb. Ancaq buna səbəb heç də koronavirus (COVID-19) infeksiyası olmayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Çin hökumətinə yaxınlığı ilə tanınan ingilisdilli “Global Times” yayıb.

Məlumata görə, ölən şəxsdən analizlər alınıb və nəticədə onda hantavirusun olduğu məlum olub. Onunla birgə avtobusda olan 32 sərnişin də analiz verib.

Qeyd edək ki, hantavirus koronavirusdan fərqli olaraq insandan insana keçmir. Araşdırmalara görə, hantavirusa yoluxma gəmirici və ya gəmirici idrarı ilə təmasdan ola bilər. Kanada İctimai Səhiyyə Mərkəzinin araşdırmasına görə, hantavirus qida və ya tüpürcək yolu ilə də keçə bilər.

Xəstəlik simptomlarının müddəti 1-8 həftə arasıdır. Yüksək hərarət, yorğunluq, ciddi əzələ ağrıları, baş gicəllənməsi, diareya və ürəkbulanma hantavirusun ən çox yayılmış əlamətləridir.

Hantavirus infeksiyasının vaksini və ya xüsusi müalicə üsulu mövcud deyil.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.04.2020
Azərbaycanda kişi arvadının üstünə benzin töküb yandırdı - FOTO
04.04.2020
Gürcüstanda koronavirusdan İLK ÖLÜM - Azərbaycanlıdır...
04.04.2020
Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı
01.04.2020
Erməni təxribatı: Qazaxın 2 kəndi və sakinləri atəşə tutuldu
01.04.2020
Bakıda 2 qardaş bədbəxt hadisənin qurbanı oldu