Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6789

Digər sorğular

Bağanıs Ayrım faciəsindən 30 il keçir

15:09  |    24 Mart 2020  |   E-mail  |  Çapa göndər


Qazaxın Bağanıs Ayrım kəndi XX əsrin sonlarında dünyanın ən dəhşətli faciəsini yaşadı.

Bu faciədən 30 il ötür. 1990-cı il martın 23-dən 24-ə keçən gecə kəndə 3 istiqamətdən daxil olan erməni silahlıları insanlara aman vermədən 7 dinc sakini diri-diri yandırıb, evləri talan ediblər. Bununla da Bağanıs Ayrım Qazax rayonunun ermənilər tərəfindən işğal edilmiş ilk kəndi kimi tarixə düşüb...

AZƏRTAC xəbər verir ki, Bağanıs Ayrım hərbi əhəmiyyətə malik coğrafi mövqeyə malik idi. İcevan rayonundan Noyamberyana gedən magistral avtomobil yolu Bağanıs Ayrımdan keçirdi. Bu yol həm də Ermənistanı Gürcüstanla birləşdirirdi. Ermənilər Bağanıs Ayrım kəndinə hücum zamanı kənd sakini Alməmməd Məhərrəmovu ot tayasının içərisinə atıb orada diri-diri yandırıblar. Həmin gecə, ümumilikdə, 7 sakinə olmazın işgəncələr verərək qətlə yetiriblər.

Bu dəhşətli hadisəni kənd sakini Həmayıl Məhərrəmova belə xatırlayır: “Həmin gün kəndə girən ermənilər qonşuluqdakı evləri, qaynımgilin və bizim evləri yandırdılar. Yoldaşım bizi çarpayının altında gizlətmişdi. Ermənilər evlərimizi yandıranda yoldaşımı avtomat silahla atəş açıb öldürdülər. Daha sonra həyətdəki ot tayasının içinə ataraq od vurub yandırdılar...”

Qazax şəhərində məskunlaşan digər kənd sakinləri ilə söhbət zamanı onlar da ermənilərin vəhşiliklərindən danışaraq, həmin dəhşətli gecədə yaşananları dilə gətirdilər. Doğma yurdlarından didərgin düşən bu insanlar ermənilərin kənd sakinlərinə törətdikləri soyqırımının ağrı-acılarının hələ də unudulmadıqlarını bildirdilər.

Ermənilərin törətdiyi soyqırımın qurbanı olan bağanıs ayrımlılar indi Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar. Onlar öz topraqlarının azad olunacağına, doğma evlərinə qayıdaraq orda məskunlaşacaqlarına inanırlar. Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli ordumuza güvənən kənd sakinləri öz ata-baba yurdlarına qayıdacaqları günün uzaqda olmadığına əmindirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.04.2020
Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib - RƏSMİ
05.04.2020
Türkiyə vaksinin ilk sınağını keçirdi – Nəticə
05.04.2020
Deputat Türkiyədə qarət olunması xəbərinə aydınlıq gətirdi
05.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü
05.04.2020
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə çağırış edildi