Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

Koronavirusdan 15 il əvvəl xəbər verən “Kehanetler” kitabında nələr yazılıb? - VİDEO

10:22  |    23 Mart 2020  |   E-mail  |  Çapa göndər


“10 il içərisində…”

Amerika yazarı Silvia Brovnenin 2005-ci ildə qələmə aldığı “Kehanetler” kitabında koronavirusa bənzər xəstəliklə bağlı məlumatlar bir andaca hər kəsi şoka salıb.

Bəs kitabda nələr yazılıb?

15 il əvvəl qələmə alınan kitabda “2020-ci illərdə ağ ciyərlərə və bronxlara ciddi şəkildə ziyan vuran və müalicəsi zalımcasına dirəniş göstərən bir xəstəliyin ortaya çıxacağı və sürətlə bütün dünyada yayılacağı qeyd olunur.

Beləliklə, 2005-2100-cü illər arasında dünyada baş verə biləcək olaylar barəsində yazılan kitabın 210-cu səhifəsindəki məlumatlar “Covid-19” bəlasına çox bənzəyir.

Həmin səhifədə qeyd edilib: “2020-ci illərdə ağciyərləri və bronxlara ciddi şəkildə ziyan vuran və müalicəsi zalımcasına dirəniş göstərən bir xəstəliyin ortaya çıxması səbəbindən əməliyyat maskaları və əlcəklərlə gəzən çoxlu sayda insan görəcəksiniz. Xəstəlik haqqında beyinləri qarışdıran əsas məsələ isə bir qış boyunca böyük təşviş yaratdıqdan sonra 10 il içərisində həm səbəbləri, həm də müalicəsi gizli qalaraq, tamamilə ortadan yoxa çıxması olacaq”.

Kitabda həmçinin virusun Çinin Uhan şəhərindən başlayaraq bütün dünyaya yayılacağı haqda detallar da diqqət çəkib.

Türkiyə vətəndaşının bu kitabda koronavirusla bağlı yazılanları video şəklində paylaşıb, yayması böyük diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri amerikalı yazarın bu virus haqqında yazdığı proqnozların üs-üstə düşdüyünü qeyd edib.

Qeyd edək ki, 77 yaşında dünyasını dəyişən Silvia Brovnenin “1990-2009-cu illər arasında digər dünyadakı yaşayış”, “Bir kahinin macəraları”, “Qiyamət günü kehanetləri”, “Dünyanın sirləri” kimi gələcəklə bağlı kitabları var.

Musavat.com

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2020
Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı - FOTO
23.09.2020
Britaniyada könüllülər koronavirusa yoluxdurulacaq
23.09.2020
“Bu, misli görünməmiş bir hadisədir” – Ruhanidən kritik açıqlama
23.09.2020
Putinin adını dünyanın ən nüfuzlu insanlarının siyahısına salmadılar
23.09.2020
Aleksey Navalnının yeri məlum deyil