Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6786

Digər sorğular

Hacı Nuran Mübariz Mənsimova belə dəstək oldu - FOTO

18:39  |    22 Mart 2020  |   E-mail  |  Çapa göndər

Aparıcı Hacı Nuran həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimova dəstək olub.

Axeber.az-ın məlumatına görə, o bildirib ki, M.Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq:

"Son günlər onun adı dövrü mətbuatda tez-tez hallanır. Haqqında deyilənlərin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm . Çünki o, hazırda Türkiyədə həbsdədi və istintaq materiallarının tədqiqindən sonra Mübariz Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq yəqin ki.

Çünki hamı Mübariz Mənsimovun necə bir oğul, necə bir iş adamı olduğunu yaxşı bilirlər. Bu o Mübariz Mənsimovdur ki, etdiyi yardımları da, xeyriyyəçiliyi də həmişə gizlədib, reklam etməyib. Bu o Mübariz Mənsimovdur ki, bütün canı, qanı qədər Azərbaycana bağlıdır. Ən sıravi vətəndaşından tutmuş, ən yüksək məmuruna kimi hamını özünə doğma sayan adamdı Mübariz. Düşünürəm ki, O başqa cür ola da bilməz. Adı Mübariz olanların buna haqqı yoxdur çünki.

Bu gün iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Qurban oğlu Mənsimovun 22.03.1968 doğum günüdür. Gizlətməyəcəm: onun kimi bir iş adamının həbsdə olması, bugünkü ad gününü doğmalarının əhatəsində deyil, həbsdə keçirtməsi bir azərbaycanlı kimi məni də çox təsirləndirir. Və təəssüf edirəm. Çünki Mübariz Mənsimov zindanlara layiq oğul deyil. Haqq nazilər, üzülməz deyirlər. Sənin haqqının öz yerini tapacağı gün uzaqda deyil ... Doğum günün mübarək!”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.04.2020
«AZƏRİQAZ» İB-nin baş direktorunun iştirakı ilə online CEO FORUM TƏŞKİL OLUNUB
03.04.2020
Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
03.04.2020
Qənirə Paşayeva seçicilərinə virusdanqoruyucu tibbi ləvazimatları göndərib
03.04.2020
Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub
03.04.2020
Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - SİYAHI