Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

Bakı qeydiyyatında olanlar da paytaxta buraxılmır? - Açıqlama

12:38  |    22 Mart 2020  |   E-mail  |  Çapa göndər

"Bakı Beynəlxalq Avtovağzalı da daxil olmaqla respublikanın 56 vağzalında iş rejimi gündəlik qaydada davam edir. Hələ ki heç bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə, operativ qərargahın qərarlarına uyğun olaraq hərəkət edəcəyik".

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

O bildirib ki, hazırda region, Bakı, yaxud Sumqayıt qeydiyyatı olmasından asılı olmayaraq bütün sərnişinlərin paytaxtdan rayonlara gedişi təmin olunur: "Yalnız Bakıya girişdə qeydiyyatla bağlı məhdudiyyət var. Paytaxt qeydiyyatında olanlara giriş-çıxış sərbəstdir. Martın 29-na qədər region qeydiyyatı olanlar Bakıya daxil ola bilməyəcəklər".

Qurumun sözçüsu bildirib ki, məcburi köçkün və qaçqınlara isə müəyyən güzəştlər tətbiq olunur: "Onların qeydiyyatı Dağlıq Qarabağ bölgələrinədir. Müvəqqəti yaşadıqları yerlə bağlı arayış gətirdikdə, arayışa əsasən şəhərə qayıtmaq üçün onlara bilet təqdim olunacaq".

Nuridə Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt arasında gediş-gəlişdə məhdudiyyət yoxdur, 33 marşurut xətti üzrə 210 avtobus işləyir.

Xatırladaq ki, bu qərarlar avtobuslarla yanaşı, şəxsi avtomobillərə də şamil olunur. Sərnişinlər vəsiqələri yoxlanıldıqdan sonra paytaxta buraxılacaqlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
200 min işsizə aprel və may aylarında birdəfəlik ödəmə veriləcək
04.04.2020
Azərbaycanda 194 mindən çox insan evdən çıxa biləcəki
03.04.2020
Nazirlik işçi axtarır - VAKANSİYA
03.04.2020
Borcu olanların suyu kəsiləcək? - RƏSMİ AÇIQLAMA
03.04.2020
Bu tarixdən taksi xidmətləri məhdudlaşdırılacaq - RƏSMİ