"Azadlıq" radiosu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə "Azad söhbət" edib.

Müsahibəsində "Tarixin müəyyən dövründə bütün yükü mən daşımışam" deyən Rauf Arifoğlu: "Siz daha çox jurnalistsiniz, yoxsa siyasətçi?" - sualına, "Mən də bu sualı tez-tez özümə verməyə başlamışam...Daha çox jurnalistəm" - cavabını verib.
Dünyanı çalxalayan, minlərlə insan ölümünə səbəb olan epidemiya-koronavirusla bağlı suala iki övladı xaricdə olan baş redaktor narahatlığını ifadə edib, gərgin günlər keçirdiyini vurğulayıb. "Azadlığ"ın müxbirinin: "Hamı istəyir ki, övladlarını Azərbaycana gətirsin" fikrinə: "Yalnışdır. Əvvəla, bu qədər yükü Azərbaycanın olmayan və ya zəif olan səhiyyəsinə vermək olmaz. İkincisi, məsafələr uzaqdır. Övladlarımdan biri Londonda, digəri Torontodadır. Kanadadan bura gəlmək üçün ən azı 24 saat vaxt lazımdır" - deyib.
Qaziler.az Rauf Arifoğlu ilə geniş müsahibəni təqdim edir:
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər