Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6787

Digər sorğular

Deputatdan 1 milyardlıq sərəncamla bağlı - Açıqlama

23:04  |    20 Mart 2020  |   E-mail  |  Çapa göndər
“Hazırda dünyada görülən bütün tədbirlərə rəğmən koronavirus epidemiyasının yayılması davam edir. Bu epidemiyanın qarşısının alınması üçün məhdudlaşdırıcı tədbirlərin paralel olaraq dünya iqtisadiyyatına, iqtisadi münasibətlərə, o cümlədən neftin qiymətinə mənfi təsirləri əsas iqtisadi risklərdəndir”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da virus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə, turizm, ticarət, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin epidemiyaya kütləvi yoluxmasının qarşısı alınıb: “Dövlətin bu istiqamətdə atdığı addımlar tam alqoritmləşmiş və kifayət qədər təsirli addımlardır. Eyni zamanda aparılan təhlillərə görə həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığa təsir edə və təsirə məruz qalan sahələrdə sahibkarların itkilərlə üzləşməsinə, insanların iş yerlərini itirməsinə səbəb ola bilər.

Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə mümkün təsirləri aradan qaldırmaq, əhalinin sosial rifah halını qorumaq və iqtisadi inkişafın davamlığını təmin etmək üçün iqtisadi sahədə də antivirus tədbirlərinin görülməsini zəruri etməkdədir. İqtisadiyyatı da bu virusdan qorumaq əsas vəzifələrdəndir”.

“Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlar son 16 ildə artıb və çətin günlər üçün dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir. Dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib.

Pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək və müvafiq tədbirlər görmək üçün cənab Prezident dünən xüsusi sərəncam imzalayıb. Bu məqsədlə ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə pandemiyanın mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrıldı. Sərəncam 4 istiqamətdə xüsusi tədbirlərin görülməsini nəzərdə tutur: 1. pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək, 2. sahibkarlıq subyektlərinə dövlət dəstəyi, 3. məşğulluq problemlərinin və sosial problemlərin həlli, 4. makroiqtisadi sabitliyin qorunub saxlanması üçün tədbirlər planının hazırlanması.

Qeyd edim ki, ayrılan vəsait ölkənin ÜDM-in 1,3%-nə, büdcə gəlirlərinin isə 4,2%-nə bərabərdir.

Göründüyü kimi, dövlət başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir.

Amma eyni zamanda düşünürəm ki, dövlətlə yanaşı, özəl sektorun da belə günlərdə daha çox sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etməsi ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün vacibdir.

Əminəm ki, görülən bu tədbirlər iqtisadiyyatımızı daha da gücləndirəcək və əhalinin sosial müdafiəsi sahəsində yeni uğurlara nail olunacaq”, - deyə komitə sədri qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.04.2020
Aprelin 6-da dolların manata qarşı məzənnəsi
02.04.2020
İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi - VİDEO
02.04.2020
Azərbaycan Banklar Assosiasiyasından bəyanat: müddət 1 ay uzadılsın
01.04.2020
Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir
31.03.2020
Azərbaycanda 304 min muzdlu işçiyə pul veriləcək - RƏSMİ açıqlama