Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6793

Digər sorğular

Daha 400 peşə və kvalifikasiya standartı hazırlanacaq

16:32  |    19 Mart 2020  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 400 peşə və kvalifikasiya standartının hazırlanması təmin olunacaq.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, həmin peşələr iqtisadiyyatın əsas sahələri üzrə əmək bazarında prioritet peşələrdəndir.

Tədbirlər Planında həmçinin 2020–2025-ci illərdə 500 peşə və kvalifikasiya standartının yenilənməsi işlərinin aparılması da nəzərdə tutulub. Qeyd edilən standartlar iqtisadiyyatın müxtəlif sahələri üzrə yaradılmış, aidiyyəti qurumların, aparıcı müəssisələrin, asossiasiyaların nümayəndələrindən ibarət sahə komissiyalarında müzakirə edilərək qəbul olunacaqdır.

Peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşması, işçi qüvvəsinin rəqabətliliyinin artırılması və beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılması məqsədinə xidmət edir.
2010-2015-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.04.2020
190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
07.04.2020
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
06.04.2020
Maskasız çölə çıxanlar cərimə olunacaqmı? - DİN-dən açıqlama
06.04.2020
Apreldə əsgər getməyə hazırlaşanlara Dövlət Komitəsindən MÜRACİƏT
06.04.2020
Taksi sürücülərinə ŞAD XƏBƏR