Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6786

Digər sorğular

İsraildə koronavirusla bağlı YENİLİK: Yoluxanlar telefonla izləniləcək – FOTOLAR

22:43  |    18 Mart 2020  |   E-mail  |  Çapa göndər

Koronavirusla mübarizə aparan İsrail hökuməti diqqətçəkən yeniliyə imza atıb.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, İsrail Parlamentinin səsçoxluğu ilə qəbul edilmiş qərarına əsasən, koronavirusa yoluxmuş və ya şübhəli şəxslərin mobil telefonları onların hərəkətlərini təqib edəcək.

İsrailin Baş Naziri Binyamin Netaynahunun ötən həftə bəhs etdiyi təklif parlament tərəfindən də qəbul edildikdən sonra təhlükəsizliyin təqibi sistemi tətbiq edilməyə başlanılıb.

Qeyd edək ki, bu sistem İsraildə terrorla mübarizə üçün nəzərdə tutulub. Yenilik koronavirusa yoluxan insanlar üzərində tətbiq edilərək onların karantin qaydalarına əməl edib-etmədikləri, xəstənin kimlərlə təmasda olduğu nəzarət altına alınacaq.

Virusa yoluxmamaq üçün belə bir tətbiqin çox vacib olduğuna vurğu edən İsrailin bu yeniliyi ölkə və dünya miqyasında geniş müzakirələrə yol açıb. Bildirilib ki, Netanyahunun “terrorla mübarizə” sistemini adi vətəndaşlar üzərində tətbiq etməsi, onların şəxsi həyatına müdaxilə deməkdir.

Firuzə Alimova
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.04.2020
Yeni doğulan əkiz övladlarına "Corona" və "Covid" adlarını qoydular
03.04.2020
Gürcüstanda aclıq başlaya bilər - Mikautadze
03.04.2020
Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi
03.04.2020
Erməni əsilli amerikalı musiqiçi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının çağırışına dəstək verib
03.04.2020
BMT baş katibi: "Tezliklə hər gün 100 min və daha çox insan yoluxacaq"