Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6780

Digər sorğular

Azərbaycanda koronavirus testləri evdə ediləcək - AÇIQLAMA

18:15  |    18 Mart 2020  |   E-mail  |  Çapa göndər

Təcili tibbi yardım həkimləri evlərdə koronavirusla bağlı testlər edəcək.

Bu barədə pediatr Vaqif Qarayev sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, kimsə özündə hərarət, zökəm, öskürək və sair kimi respirator əlamətlər hiss edərsə, təcili tibbi yardıma çağırış edə bilər:

“Söhbət yalnız koronavirusdan getmir. Adi mövsümi qriplərdən əziyyət çəkirsinizsə və həkimə getməkdən ehtiyat edirsinizsə, evə çağırış edə bilərsiniz. Testin cavabı altı saat müddətinə hazır olur”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, hər kəsdən analiz götürülməyəcək:

“Özündə xəstəlik əlamətləri hiss edən şəxslər evdən kənara çıxmadan Bakı daxili “103”, paytaxtdan kənarda isə “113” təcili tibbi yardım stansiyasına zəng etməlidirlər. Virusun simptomları müşahidə olunan şəxslərdən evdə yaxma götürüləcək.

Sonra isə laboratoriya şəraitində analizlər yoxlanılacaq. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında da qeyd edilib ki, virusun yayılmasının qarşısının alınması üçün görülmüş tədbirlərdən biri olaraq, vətəndaş olduğu yerdən çıxmadan təcili tibbi yardıma zəng vurmalıdır. Koronavirus pandemiyası üçün analizlər dövlətin müəyyənləşdirdiyi konkret laboratoriyalarda aparılır”.

R.Əliyeva deyib ki, təcili tibbi yardıma saxta məlumat verən şəxslər məsuliyyətə cəlb ediləcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.03.2020
Bakıda şəxsi avtomobillərin cərimələnməsi ilə bağlı xəbərlərə AÇIQLAMA - VİDEO
29.03.2020
Vətəndaşların sosial müdafiəsi ilə bağlı Nazirlikdən AÇIQLAMA
29.03.2020
Koronavirus hava yolu ilə yayılır? - RƏSMİ
29.03.2020
Bu yolda hərəkət məhdudlaşdırılır
29.03.2020
Azərbaycanda koronavirusdan ölənlər belə dəfn edilir - VİDEO