Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6784

Digər sorğular

Alimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMA

22:26  |    17 Mart 2020  |   E-mail  |  Çapa göndər

Tokio Universitetinin alimləri yaddaşı silməyin yolunu tapıblar.

“Report” “Neuroscience” jurnalına istinadən xəbər verir ki, araşdırmaçılar təcrübəni meyvə milçəyi (Drosophila) üzərində aparıb və nəticə əldə etmək üçün onu uzun müddət qaranlıqda saxlayıblar.

Belə ki, uzun müddət cütləşməyən erkək meyvə milçəyi travma alır və bu da onun yaddaşında xatirə kimi qalır. Nəticədə zamanla dişiləri izləməkdən vaz keçir. Ancaq alimlər erkək milçəyi ən az iki gün tam qaranlıqda saxlayıblar. Bu zaman onun xatirələri silinib və özünü keçmişdəki kimi aparıb.

Beləliklə, işığın yaddaşın saxlanılmasında çox vacib rol oynadığı ilk dəfə təsdiqlənib. Bioloqlar bu effektə cavabdeh olan molekulyar prosesi aydınlaşdıra biliblər. Proses yaddaş və öyrənməyə cavabdeh olan zülalla bağlıdır.

Araşdırmaçıların fikrincə, onların kəşfi gələcəkdə insanların travmatik xatirələrdən qurtulmasına yol açan müalicənin metodik əsası ola bilər. Bunu yalnızca dərman deyil, həm də kənar faktorların vasitəsilə etmək mümkün olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.03.2020
Dünya əhalisinin sayını azaltma planları: virus, qıtlıq, eynicinslilik...
28.03.2020
Rus yazıçıdan İDDİA: Koronavirus yoxdur, məqsəd...
28.03.2020
86 yaşlı Cəlal baba görün polisi niyə çağırıb: Yalqızam, məni evləndirin... - VİDEO
26.03.2020
Azərbaycanda hadisə: yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - VİDEO
24.03.2020
Araşdırmaçılar şokda: Koronavirus səthdə 17 gün yaşayırmış