Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6793

Digər sorğular

Türkiyə-Azərbaycan oyunu təxirə salına bilər

20:12  |    17 Mart 2020  |   E-mail  |  Çapa göndər

Mayın 26-da Alanya şəhərində Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilməli olan yoldaşlıq oyunu təxirə salına bilər.

"Report"un AFFA-nın saytına istinadən məlumatına görə, bu barədə qərar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış quruma üzv olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qərara əsasən, UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisinin martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcəyi yoldaşlıq oyunları ləğv olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
İlin ən yaxşı stadionları açıqlandı - SİYAHI
31.03.2020
Teymur Rəcəbov və Rauf Məmmədov erməni şahmatçıya başsağlığı veriblər
30.03.2020
Qurban Qurbanov “dünyanın ən yaxşıları”nın siyahısında...
28.03.2020
Koronaya yoluxan futbolçu: Nəfəs almaqda çətinlik çəkirdim
23.03.2020
"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı