Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6957

Digər sorğular

Teymur Rəcəbovun imtina etdiyi yarışa tamaşaçılar buraxılmadı

16:57  |    17 Mart 2020  |   E-mail  |  Çapa göndər


Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gündən Rusiyanın Yekaterinburq şəhərində başlayan şahmat üzrə İddiaçılar Turnirində koronavirusdan qorunma tədbirlərini gücləndirib.

Oxu.Az xəbər verir ki, oyunların keçirildiyi “Hyatt Regency” hotelinə heç bir tamaşaçı buraxılmayıb.

Media da daxil olmaqla, akkreditə olunmuş şəxslər yalnız tur başlandıqdan beş dəqiqə sonra oyun zonasına daxil ola bilib. Foto və video çəkilişləri aparmağa yalnız şahmatçılardan ən az altı metr məsafədə icazə verilib.

Tamaşaçılar isə oyunları yarışın və FIDE-nin rəsmi saytları, o cümlədən, FIDE-nin “Youtube” kanalı vasitəsilə izləyə biləcək.

Qeyd edək ki, Rusiyada dünəndən bütün beynəlxalq idman yarışları ləğv olunub. Yalnız bu qərar Teymur Rəcəbovun imtina etdiyi İddiaçılar Turnirinə aid edilməyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Azərbaycanlı olimpiya çempionu özünü belə formada saxlayır - VİDEO
06.07.2020
Azərbaycan idmançısı Ukraynada medal qazandı
06.07.2020
Azərbaycanlı dünya çempionu 22 yaşında vəfat etdi - FOTOLAR
02.07.2020
AFFA yeni hakimləri təsdiqlədi
30.06.2020
Olimpiya mükafatçısı yeni vəzifəyə təyin edilib