Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6786

Digər sorğular

Oğurladıqları əşyaları onlayn alış-veriş saytlarında satan şəxs tutulub

15:39  |    17 Mart 2020  |   E-mail  |  Çapa göndər


Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus əsasən “VAZ 2121” markalı avtomobillərin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Kazımov tutulub.

Qeyd edək ki, saxlanılan şəxs avtomobillərdən oğurluq edərkən ərazidə olan kameralar vasitəsilə də onun əməlləri lentə alınıb. Əli Kazımov ifadəsində bildirib ki, “Niva” markalı avtomobillərdən oğurladığı səs gücləndirici, maqnitafon və s. əşyaları onlayn alış-veriş saytlarında satışa çıxarıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.04.2020
Erməni təxribatı: Qazaxın 2 kəndi və sakinləri atəşə tutuldu
01.04.2020
Bakıda 2 qardaş bədbəxt hadisənin qurbanı oldu
31.03.2020
Türkiyə-İran qaz boru xəttində partlayış olub - VİDEO
31.03.2020
Azərbaycanın bu kəndinə 10 sm qar yağdı - FOTO
30.03.2020
Yer kürəsinə komet yaxınlaşır