Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6878

Digər sorğular

Xalq artisti Rafael Dadaşov dəfn olunub - FOTO

15:06  |    17 Mart 2020  |   E-mail  |  Çapa göndər


Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşovun dəfn mərasimi keçirilib.

Trend-in məlumatına görə, xalq artisti II Fəxri Xiyabanda dəfn edilib.

Dəfn mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, Rafael Dadaşovun ölümü Azərbaycan üçün böyük bir itkidir.

O qeyd edib ki, aktyor Azərbaycan mədəniyyətində böyük bir səhifə yazıb:

“Mən şəxsən çox gözəl bir insanı, dostu itirmişəm. Bizim Rafael Dadaşovla həmişə xoş münasibətlərimiz olub. O, Azərbaycan mədəniyyətində çox böyük bir səhifə yazıb. Onun doğulub böyüdüyü ailədə də teatra böyük yer ayrılırdı və o da bu mühitdə böyümüşdü”.

Nazir əlavə edib ki, R.Dadaşov bir çox regionlarda çalışsa da, onun əsas işi Dövlət Dram Teatrında olub və Azərbaycan onun canlandırdığı qəhrəmanları elə bu gün də görür.

Qeyd edək ki, Rafael Dadaşov dünən günorta saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.05.2020
26 illik nazirin həzin sonu - VİDEO
19.05.2020
Xalq artisti ölüm xəbərini yayanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”
13.05.2020
Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO
11.05.2020
20 il əvvəl dünyasını dəyişmiş aktyoru efirə dəvət etdilər - Rüsvayçılıq
10.05.2020
“Den Pobedı” mahnısı Azərbaycan dilində ifa edildi