Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

Bu gün Avropa futbolunun taleyi həll olunacaq

11:23  |    17 Mart 2020  |   E-mail  |  Çapa göndər


Bu gün UEFA 55 üzv ölkənin milli assosiasiyasının iştirakı ilə video-konfrans keçirəcək.

"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq toplantıda koronavirus təhlükəsinin futbolda yaratdığı problemlər, bu il keçirilməsi nəzərdə tutulan yarışlarla bağlı son vəziyyət müzakirə olunacaq. İştirakçı ölkələr AVRO-2020-nin aqibəti başda olmaqla, Çempionlar Liqası, Avropa Liqası və üzv ölkələrin milli çempionatları ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Təbii ki, əsas müzakirə mövzusu AVRO-2020 olacaq. 12 iyun - 12 iyulda keçirilməsi planlaşdırılan çempionatın 12 ev sahibindən biri Bakı şəhəri olmalıdır. Azərbaycandan əlavə, İtaliya, Hollandiya, Macarıstan, Rusiya, Danimarka, İngiltərə, Şotlandiya, İspaniya, İrlandiya, Almaniya və Rumıniya da təşkilatçı ölkə qismində çıxış etməlidir.

Çində başlanan qısa müddətdə bütün Avropanı cənginə alan koronavirus epidemiyası üzündən bir çox ölkənin milli çempionatları təxirə salınıb. Bura Azərbaycan Premyer Liqası da aiddir. Eyni zamanda Çempionlar Liqası və Avropa Liqası 1/8 final mərhələsindən etibarən ertələnib.

Qeyd edək ki, video-konfransa Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri də qatılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
İlham Zəkiyev AMADA-da komissiyanın sədri oldu
07.08.2020
Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO
23.07.2020
Cüdoçularımızın ermənilər üzərində qələbələri
21.07.2020
Həbib Nurməhəmmədov döyüşdən imtina etdi
17.07.2020
Dünya şöhrətli futbolçu Azərbaycanı tərk etdi, ancaq şəhidlərimizi unutmadı - FOTO