Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6786

Digər sorğular

Koronavirus təyyarə reyslərinə də “yoluxdu”

10:49  |    17 Mart 2020  |   E-mail  |  Çapa göndər


Sosial şəbəkə vasitəsilə xaricdəki insanlar qrup açaraq, bir-birilərinə yardım etməyə başlayıblar

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılıb.

Bundan sonra Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə çarter reyslərinin uçuş qrafiki açıqlanıb.

Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, martın 31-dək Türkiyədən Bakıya gəlmək istəyən Azərbaycan vətəndaşları və Azərbaycandan İstanbula getmək istəyən Türkiyə vətəndaşları arasında “Türk Hava Yolları” uçuşlarına mövcud biletləri olanlar imkan daxilində qəbul ediləcəklər.

Digər ölkələrdən Azərbaycana gəlmək istəyənlər də çətin durumla üzləşiblər.

Bu səbəbdən artıq xaricdə yaşayan azərbaycanlılar koronavirus səbəbindən ölkəyə geri dönmək problemi yaşayan vətəndaşlarımız üçün yardım kampaniyası başladıb.

Belə ki, facebook sosial şəbəkəsində səyahətçilərin toplaşdığı və 50 minə yaxın üzvü olan “Gəzəyənlər” qrupunda başladılan kampaniya çərçivəsində Azərbaycana geri dönə bilməyən və qalmaq üçün evi və pulu olmayan vətəndaşlarımıza yardım göstərilir.

Ayrı-ayrı şəxslər həmin qrupda yazaraq, öz evlərini, maddi dəstəklərini təklif edirlər. Qrupa yazanlar təkcə Türkiyədə yaşayan soydaşlarımız deyil. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, Türkiyə Cümhuriyyəti vətəndaşları öz köməklərini təklif edirlər.

Martın 15-də 242 nəfər Azərbaycan vətəndaşı İstanbul hava limanından çarter reysi ilə Bakıya yola salınıb. Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev yerli mətbuata bildirib.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında hava və quru sərhədinin müvəqqəti dayandırılmasından sonra bazar günü Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.

“Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində Azərbaycana gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək”, - məlumatda deyilir.

Qərargah bildirib ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olanlara, Türkiyə ərazisindən tranzit məqsədlər üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük veriləcək.

Türkiyədən qayıdan şəxslərin müayinədən keçiriləcəyi, zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəkləri bildirilib.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Azərbaycanın Ankaradakı səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçməlidirlər.

Qərargahın yaydığı növbəti məlumata görə, koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə Bakıdan dünyanın 20-yə yaxın istiqamətinə uçuşlar dayandırılıb.

Məlumatda o da deyilir ki, tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) və xarici aviaşirkətlər tərəfindən bəzi istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır.

Nazirlər Kabineti dayandırılan uçuşların istiqamətini aşağıdakı kimi qeyd edib:

16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;

16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;

17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;

17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;

24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;

17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;

17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;

17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;

17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;

18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;

17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

Bundan əvvəl AZAL Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı istiqamətləri üzrə uçuşlarını müvəqqəti olaraq dayandırmışdı.

Azərbaycan Hava Yolları bildirib ki, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlər cəriməsiz geri qaytarıla və ya istiqaməti və uçuş tarixi dəyişdirilə bilər.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.04.2020
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı
03.04.2020
Bill Geyts və masonların kirli oyunları: Karantindən sonra nə olacaq...?
31.03.2020
Bu şəxslər 100 manat məbləğində cərimələnəcək
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb