Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6786

Digər sorğular

"Onun FETO ilə əlaqələndirilməsi iddiası Türkiyə MİT-i üçün ayıb və utancdır"

11:38  |    16 Mart 2020  |   E-mail  |  Çapa göndər


İndi yazacağım qeydlər çoxlarına qəribə və bir qədər təəccüblü də görünə bilər. Amma, hesab edirəm ki, bu məsələdə hər kəs kişiyanə öz sözünü deməli və yazmalıdır.

Mən hörmətli Mübariz Mənsimovla həyatda heç vaxt təmasda olmamışam və baxmayaraq ki, bir neçə tərəfdən qohumuq. Qız alıb, qız vermişik və bu gün onun Türkiyədə HƏBS YOX, sadəcə bəzi məsələləri araşdırmaq üçün müvəqqəti saxlandığını eşitdiyimdən, bir qədər gözlədim və indiki saatlarda bu qeydləri yazmağa qərar verdim.

Bəri başdan deyirəm ki, heç kim Mübariz Mənsimovu həbs etməyəcək. Ən azından mən belə proqnozlaşdırıram. Baxmayaraq ki, onun həbsini cani könüldən arzulayan xeyli adamlar həm Türkiyədə də var, həmçinin də Azərbaycanda. ALINMAYACAQ. Yaxın saatlarda Mübariz bəyi dəlil-sübut olmadığına görə azad edəcəklər. Mübariz Mənsimov sıradan adi oğul deyil. Onun indi hansısa FETO təşkilatı ilə əlaqələndirilməsi iddiası isə sadəcə Türkiyə MİT-i üçün ayıb və utanc bir hərəkətdir. Dünyada ad-sanı olan bir Milli İstibarət Təşkilatı belə çıxır ki, bivec və bərbad durumdaymış ki, bu neçə illərdir FETO təşkilatı ilə ciddi mübarizə aparılır, bunlar isə Türkiyədə böyük nüfuza və hörmətə layiq bir şəxsi, özü də ciddi bir şirkətin rəhbərini tanımayıblar və ya belə qeyri-ciddi olublar. Burada səbəb tamam başqadır. Detallara varmayacağam. İnşallah yaxın vaxtlarda Mübariz bəy özü bu məsələlərə aydınlıq gətirəcək.

Mən Mübariz bəyi ona görə müdafiə edirəm ki, o çox insanlara arxa-dayaq olub. Mən Mübariz bəyi ona görə müdafiə edir və ona inanıram ki, o xeyli sayda Qarabağ qazisinə maddi və mənəvi dəstək olub. Mən Mübariz bəyi sona qədər ona görə müdafiə edəcəyəm ki, o MƏRD və QORXMAZ bir Azərbaycan KİŞİSİ və OĞLUDUR.Yaltaqlığı və məddahlığı bacarmayan OĞULDUR!! İnanıram ki, bu işə əl qoyan adamlar, KİMLİYİNDƏN asılı olmayaraq, peşman olacaqlar. Kimliyindən asılı olmayaraq.

Bizlərə isə, Mübariz bəyə, ailəsinə, doğma və əzizlərinə möhkəm olmaq və sona qədər öz haqqını müdafiə etmək arzulamaq qalır. Allah tezliklə hamını sevindirəcək. Türkiyə və Azərbaycan tərəfinin bu çox utanc və ayıb işdə əməli və əməyi olan şəxslərinə də demək istəyirəm ki, çox uğursuz, yersiz və biabırçı bir qərardır. Tez bir zamanda bunun aradan qaldırılması gərəkdir.

Üzeyir Cəfərov, Tanınmış hərbi ekspert
moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.04.2020
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı
03.04.2020
Bill Geyts və masonların kirli oyunları: Karantindən sonra nə olacaq...?
31.03.2020
Bu şəxslər 100 manat məbləğində cərimələnəcək
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb