Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6786

Digər sorğular

Bakıda övladlarına işgəncə verən ata və ögey ananın işi məhkəmədə

13:30  |    14 Mart 2020  |   E-mail  |  Çapa göndər

Bakıda azyaşlı övladlarına işgəncə verməkdə ittiham olunan Xəqani Əkbərov və onun həyat yoldaşı Nuranə Əkbərovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün Ziya Şirinovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 19-na təyin olunub.

İttihama görə, paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetiriblər.

2019-cu ilin oktyabr ayında Q.Əkbərova alın və burun nahiyələrinin ikinci dərəcəli termiki yanıqları, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyyəsinin stranqulyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu sol dirsək oynağı və sol baldır nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid, H.Əkbərzadəyə isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları, sol əlin III barmağının, sağ budun və sağ baldırın II dərəcəli termiki yanıq yaraları kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub.

İstintaq zamanı azyaşlılar Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin, Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndələrinin, 371 saylı orta məktəbin ixtisaslaşmış müəllim-psixoloqu və xalasının iştirakı ilə ataları və analıqları tərəfindən işgəncələrə məruz qalmaqla çoxsaylı bədən xəsarətləri yetirilməsi barədə ifadə veriblər.

X.Əkbərov və N.Əkbərova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3-cü ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə ittiham elan olunub.

X.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, N.Əkbərovanın 16 aylıq hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.04.2020
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı
03.04.2020
Bill Geyts və masonların kirli oyunları: Karantindən sonra nə olacaq...?
31.03.2020
Bu şəxslər 100 manat məbləğində cərimələnəcək
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb