Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6788

Digər sorğular

“AZƏRİQAZ” İstehsalat birliyinin rəhbərliyi Salyan Neftçala və İmişli rayonlarında vətəndaş qəbulu keçirib

21:18  |    13 Mart 2020  |   E-mail  |  Çapa göndər


“AZƏRİQAZ” İstehsalat birliyinin rəhbərliyi Salyan, Neftçala və İmişli rayonlarında vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 13 mart 2020-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda sakinlərlə görüşüb. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında sakinlərin problemlərini dinləyiblər.

Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Müraciətlərə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra baş direktor R.Əliyev mətbuat nümayəndələri üçün açıqlama verib. Müsahibədə “Azəriqaz” İstehsalat Birliyində “Koronavirus” infeksiyasının yayılmaması üçün görülən profilaktik tədbirlərdən söz açılıb: “SOCAR prezidentinin əmri ilə həm baş ofis, həm də struktur təşkilatlarda müəyyən işlərə başlanılıb. “Azəriqaz” İstehsalat Birliyinin bütün idarə və təşkilatlarında bu əmrə uyğun olaraq dezinfeksiya tədbirləri aparılır. Giriş və çıxış yerlərində əllərin dezinfeksiya edilməsi üçün xüsusi məhlullardan istifadə edilir. İşçilərin və Birliyimizə gələn insanların hərarəti cihazlarla ölçülür. Bilirsiniz ki, bizim təşkilatımız SOCAR sistemində ən çox insanlarla ünsiyyətdə olan təşkilatdır. Abonentlərin müraciətlərini və s. nəzərə alsaq, Birliyə gündəlik çox sayda insan axını olur. Biz xidmət sahəsində çalışırıq, çöl şəraitində işlərimiz çox olur. 104/185 saylı Çağrı Mərkəzinə gələn zənglər əsasında mənzillərə baxış keçirməli oluruq. Ona görə də profilaktik tədbirlərə ciddi riayət edilir. Hər bir əməkdaşımız təlimatlandırılır və dezinfeksiya vasitələri ilə təmin olunur".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
200 min işsizə aprel və may aylarında birdəfəlik ödəmə veriləcək
04.04.2020
Azərbaycanda 194 mindən çox insan evdən çıxa biləcəki
03.04.2020
Nazirlik işçi axtarır - VAKANSİYA
03.04.2020
Borcu olanların suyu kəsiləcək? - RƏSMİ AÇIQLAMA
03.04.2020
Bu tarixdən taksi xidmətləri məhdudlaşdırılacaq - RƏSMİ