Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6793

Digər sorğular

Tokio olimpiadasının məşəli azarkeşsiz alovlandırılacaq

19:34  |    09 Mart 2020  |   E-mail  |  Çapa göndər

Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi azarkeşsiz keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, martın 12-nə nəzərdə tutulan tədbirə qeydiyyatdan keçmiş təqribən 100-dək insan qatılacaq. Mərasimə jurnalistlərin girişi də qadağan olunub. Bu addım koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün atılıb.

Açıqlamada həmçinin Olimpiya məşəlinin keçəcəyi şəhərlərin merlərinə Yunanıstan Səhiyyə Nazirliyi və Milli Səhiyyə Təşkilatının göstərişlərinə əməl etmələri tövsiyə olunub.

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanın tarixi Olimpiya bölgəsində alovlandırılacaq. Ölkə ərazisində 3 200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək. Məşəlin Yunanıstan turu martın 19-da Afinada "Panatinaikos" klubunun stadionunda başa çatacaq və Oyunların keçiriləcəyi Yaponiyaya yola düşəcək.

Qeyd edək ki, iyulun 24-də start götürəcək Tokio Olimpiadası avqustun 9-da başa çatacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
İlin ən yaxşı stadionları açıqlandı - SİYAHI
31.03.2020
Teymur Rəcəbov və Rauf Məmmədov erməni şahmatçıya başsağlığı veriblər
30.03.2020
Qurban Qurbanov “dünyanın ən yaxşıları”nın siyahısında...
28.03.2020
Koronaya yoluxan futbolçu: Nəfəs almaqda çətinlik çəkirdim
23.03.2020
"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salındı