Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6793

Digər sorğular

Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

11:50  |    07 Mart 2020  |   E-mail  |  Çapa göndər


Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib

Qaziler.az bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə şəhərin Yeni Çələbixan qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin davamlı inkişafı üçün həyata keçirilən tədbirlər əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunasını təmin edir. Dövlətimizin başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən keyfiyyətli tibbi xidmətlə təminatını da daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlət başçısının tapşığı ilə məcburi köçkünlər üçün salınan qəsəbələrdə tibb məntəqələri də fəaliyyət göstərir.
Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət müxtəlif ixtisaslı 12 həkim tərəfindən aparılıb. Məcburi köçkünlər, ilk növbədə, koronovirus və ona qarşı profilaktiki tədbirlər barədə məlumatlandırılıblar. Qızdırma, öskürək, boğaz ağrısı ilə bağlı müraciət edənlər dərhal müayinədən keçiriliblər. Bundan başqa, aksiya zamanı məcburi köçkünlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 160 nəfərdən çox məcburi köçkünü müayinə edib. Müayinələrin nəticəsindən asılı olaraq onalara müvafiq tövsiyələr və tibbi göstərişlər verilib.
Məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət aksiyasının keçirilməsi ənənəvi xarakter daşıyır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.04.2020
190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO
07.04.2020
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
06.04.2020
Maskasız çölə çıxanlar cərimə olunacaqmı? - DİN-dən açıqlama
06.04.2020
Apreldə əsgər getməyə hazırlaşanlara Dövlət Komitəsindən MÜRACİƏT
06.04.2020
Taksi sürücülərinə ŞAD XƏBƏR